Vaqif Bəhmənli: “O şeir çap olunmamalı idi”

Vaqif Bəhmənli: “O şeir çap olunmamalı idi”
29 oktyabr 2015
# 13:51

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, son günlərin ən çox müzakirə olunan şairi Vaqif Bəhmənli (Quliyev) Ölkə.Az-ın suallarını cavablandırıb. Qeyd edək ki, şöbə müdirinin yazdığı şeir nazir Əbülfəs Qarayevin xoşuna gəlməmiş və o, həmin şeirə görə Vaqif Bəhmənliyə töhmət vermişdi.

- Vaqif müəllim, istərdim sual vermədən özünüz durumu izah edəsiniz.

- Çox sayda yazılarım çıxıb və çoxlu da şeirlərim işıq üzü görüb. Şeirlərin çoxunda Azərbaycan poeziyasının yeni mənzərəsi yaranır. Hər halda tənqidçilər belə deyirlər. Bunlar haqda danışan yoxdur. Ümumiyyətlə, o şeir çap olunmamalı idi.

- Niyə çap etdirdiniz?

- İnsanın səhvi olur da. Bu da bir xəta idi.

- Yəqin ki, nazirin töhmətdən əlavə bununla bağlı sizə tövsiyyəsi, iradı oldu.

- Bunu etmək olmazdı da. Mənim altmış yaşım var, özüm də bilirəm.

- Bu məsələdə həmkarlardan kimlərin dəstəyi oldu?

- Bu xırda bir məsələdir e. Bilmirəm, nə saytlara baxmıram, nə də yazılanları oxumuram. Çünki daha böyük məsələ ilə məşğuluq. Bu axşam Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçirilir. Bu möhtəşəm tədbir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanır. Yazılası o qədər gözəl şeylər var. Xırda bir qüsuru bu qədər şişirtməyə ehtiyac yoxdur. Nəzərə alın ki, mən ixtisasca jurnalistəm və iyirmi il bu sahədə çalışmışam. Amma məndən olsa bu barədə danışmazdım. Deyə bilərəm ki, haqqımda çıxarılan qərar düzgündür. O şeir çap olunmamalıydı.

- Bu addımınızı karyeranıza zərbə kimi dəyərləndirmək olarmı?

- (gülümsəyir) Bu baş verməməliydi.

- Bəziləri deyirlər ki, o şeirdən daha çox mədhiyyədir.

- Qətiyyən. Tanıyanlar bilirlər ki, mən məddahlıqdan uzağam və necə şəxsiyyətəm.

- Başqa bir fikir də var ki, sizin rəhbərlik etdiyiniz şöbədə vəziyyət yaxşı olmadığı üçün yazılıb. Yəni günahını yumaq məsələsi.

- Hamısı elə-belə söhbətlərdi.

- Vəzifəli şəxsə ithaf etdiyiniz ilk şeirdir?

- Mənim ithaflardan ibarət bir qəzet səhifəsi həcmində şeirlərim çıxıb.

- Kimlərə ithaf etmişdiniz?

- Qəzetlərdə var, gedin vərəqləyin. Hətta kitablarımın birində ayrıca ithaf bölməsi var və 40 adama şeir həsr etmişəm.

- Sizin şeirinizə gənc yazar Kəramət nəzirə yazmışdı. Bunu sizə qarşı təxribat kimi dəyərləndirmək olarmı?

- Oxumuram, özləri bilər, Allahları bilər.

- Əhvalınız necədir?

- Əhvalım çox yaxşıdır. Amma bəli, cəza alan adamın əhvalı göylə gedə bilməz ki (gülüşürük).

- Rəhbərlik etdiyiniz şöbənin işləri nə yerdədir?

- Hər şey yüksək səviyyədə, qaydasındadır. Bu yaxınlarda Dördüncü Beynəlxalq Bakı Kitab Sərgisini keçirdik. İyirmi ölkədən nümayəndələr gəlmişdilər. Eyni zamanda bizim nümayəndələr yaxın günlərdə Frankfurtdan qayıdıblar. Orada Azərbaycan Qız qalası formasında çox gözəl ekspozisiya ilə iştirak etdi.

- Şairin məmurluğu necədir? Sizi sıxmır ki?

- Sən əməlli-başlı müsahibə aldın e. İnsan taleyidir də. Hərə bir yerdə işləyir, mən də burda işləyirəm.

- Vəzifə yaradıcılığınıza pis təsir etmir ki?

- Şəxsi vaxtımdan yaradıcılığıma ayırıram.

- Evdə, yaxınlarınız bu durumu necə qarşıladılar?

- Bu qədər ciddiyə almağa ehtiyac yoxdur.

- Vaxt edib sosial şəbəkədəki müzakirələr baxın. Çox ciddi müzakirələr gedir.

- Ədalətli olmaq lazımdır. Bu söz xüsusilə jurnalistlərə aiddir.

- Jurnalistləri sizin dostunuz saymaq olar?

- Onlar həmişə mənim gözümün işığıdır.

- Bəs niyə sizə qarşı belə davranırlar?

- Mən özüm də bunun səbəbini bilmirəm.

- Ümumiyyətlə, sizin barənizdə paradoksal fikirlər var jurnalistlər arasında.

- İnsan səbəbi özündə görməlidir, başqasında yox.

- Bundan sorna hansısa vəzifəli şəxsi şeir ithaf edəcksiz?

- Şeir yazmaq məndən asılı olan iş deyil.

- Yəni bu sizə dərs oldumu?

- Altmış yaşında...

- İnsan hər gün öyrənir...

- Ola bilər. Düşünülməmiş bir addımdır.

- Bir neçə gün öncə 60 illik yubileyiniz təntənəli şəkildə qeyd olundu.

- Gərək o haqda da yazardınız.

- Yazmışıq.

Ölkə.Az

# 2594 dəfə oxunub

Oxşar xəbərlər

Bu verilişlər efirdən yığışdırılır - SƏBƏB

Bu verilişlər efirdən yığışdırılır - SƏBƏB

00:07 18 mart 2026
Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

Ədəbiyyat, kino və jurnalistikaya həsr olunmuş ömür - Reportaj

18:30 17 mart 2026
Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

17:27 17 mart 2026
 Yazıçı Vilyam Gibson:  "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

Yazıçı Vilyam Gibson: "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

16:00 17 mart 2026
Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

15:20 17 mart 2026
Rejissor Rüfət Əsədov:  "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə

Rejissor Rüfət Əsədov: "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə

14:15 17 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər