Oğlumun “Anam hardadı” sualı – Elşad Mirzə

Oğlumun “Anam hardadı” sualı – Elşad Mirzə
19 sentyabr 2019
# 14:10

Kulis.az Elşad Mirzənin “Çətin sual” yazısını təqdim edir.

Oğlumun yeddi yaşı var. İkinci sinfə gedəcək. Həmyaşıdlarından heç nə ilə fərqlənmir. Bütün günü noutbukumun “altından girib, üstündən çıxır”. Cürbəcür oyunlar oynayıb, mərhələ adlamaq, Yutubda istədiyi cizgi filmlərini tapıb seyr etmək əksər uşaqlar kimi onunçün də o qədər çətinlik törətmir. Çətinliyə düşəndə məni köməyə çağırıb “sual atəşinə tutur”. Tam izahat alandan sonra əl çəkir.


Bir il oldu ki, oğlum tez-tez mənə eyni sualı verir. Üç ali təhsilim, kifayət qədər pedoqoji fəaliyyətim, dünyanın bir neçə ölkəsində iş təcrübəm olsa da, balaca bir uşağın bir sualı qarşısında çiyinlərimi çəkirəm, cavab tapa bilmirəm.


...Uşaqlıq və yeniyetməlik illəri 90-cı illərin əvvəllərinə təsadüf edən bütün kənd uşaqları kimi, mən də kompüterdən uzaq, amma yaddaqalan uşaqlıq illəri yaşamışam. Hamı kimi futbol oynamışıq, “samakat” sürmüşük, məftildən “kamaz” düzəldib “yarışa çıxmışıq” və s. Ağlımız kəsəndən sonra, təqribən altı yüz nəfər əhalisi olan kəndimizin palçıqdan suvanmış kitabxanasını “altını üstünə çevirmişik”. Cəmi iki otaqdan ibarət olan kitabxanamızda oxumadığım kitab qalmamışdı... Bu günə qədər əldə etdiyim bütün uğurlara görə mən həmin çiy kərpicdən tikilən kitabxanamıza borcluyam.


Öncə universitet tələbəsi etdi məni o oxuduğum kitablar. Bakı məni öz ağuşuna aldı. İldən ilə müvəffəqiyyət gətirdi mənə Bakı. Sevgimi də Bakı bəxş etdi mənə.

İlk sevgimi, tək sevgimi...

Atamın doğum günündə ilk dəfə görüşdürdü bizi Bakı.


Onun sevgisindən ilham alıb şeirlər yazdım, ilk dinləyicisi də Bakı oldu. Şeirlərim mətbuata ayaq açdı, “Ədəbiyyat” qəzetinə qədər gedib çatdı, kitablarım çapdan çıxdı. Sevgimizin də vağzalısına Bakı şahidlik etdi. Bu sevincimi də Bakı ilə böldüm.

Bakısız olmaq möhnətini də yaşamaq qismət oldu bizə. Hər şeyin ən yaxşısına sahib olsaq belə Bakısız dözmədik. Bakımıza geri döndük. “Bizim cənnətimiz Bakıdır” dedik. Və Bakı ONU məndən aldı bir il öncə... İllər öncə atasının dünyadan köçdüyü gün, tək qoydu məni SEVGİM.

Atamın doğum günündə mənə verdiyi HƏDİYYƏNİ, atasının öldüyü gün aldı məndən BAKI...

Dözmədi mənim Atam bu dərdə...

İnsultla “çarpışır” yataqda bu gün...

...Bir ildir ki, hər gün oğlum məndən:

- Anam hardadı, nə vaxt gələcək? – soruşur.

Ömrümdə ilk dəfədir ki, oğlumun sualına cavab tapa bilmirəm. Kənardan adi sayılacaq bir suala...

...Dünən geri döndüm kəndimizə.

..22 ildən sonra.

...Sualıma cavab tapmaq ümidi ilə...

Yox idi o kitabxana ...

İki əsrin qovşağında texnologiya konveyeri “yemişdi” kitabxanamızı...

# 2880 dəfə oxunub

Oxşar xəbərlər

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam"  işıq üzü görüb

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş "Qala adam" işıq üzü görüb

14:24 19 avqust 2025
Vudi Allen və  Emir Kusturitsa  Moskva Beynəlxalq Kino Həftəsində

Vudi Allen və Emir Kusturitsa Moskva Beynəlxalq Kino Həftəsində

14:10 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər