“ATV KİTAB” layihəsi fəaliyyətə başladı

“ATV KİTAB” layihəsi fəaliyyətə başladı
19 oktyabr 2015
# 14:35

Oktyabrın 17-dən etibarən “ATV kitab” seriyasına start verildi və layihə rəhbəri Səlim Babullaoğlu ilə “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq Əməkdaşlıq Memorandumu imzaladılar.

Memorandumun mətnində deyilir:

““ATV Kitab” layihəsi “Parlaq İmzalar” nəşriyyatı ilə birlikdə həyata keçirilən intellektual-maarifçi layihədir, dünya xalqları ədəbiyyatlarının elə nümunələrinin tərcüməsini, nəşrini ehtiva edir ki, həmin əsərlər oxucusunu insan kimi böyüdəcək, vətəndaş kimi məsuliyyətini daha da artıracaqdır. Layihə zamanı indiyədək Azərbaycan oxucusuna tanış olmayan, yaxud az tanış olan müəlliflərin əsərlərinə üstünlük veriləcək, başqa sözlə çağdaş ədəbi mühitdə, milli tərcümə sənətindəki mövcud boşluqlar dəyərli əsərlərin tərcüməsi, nəşri ilə əvəzlənəcəkdir. İnanırıq ki, layihə ölkəmizin mədəni mühiti üçün az da olsa yaddaqalan hadisəyə, töhfəyə çevriləcəkdir.”

Əməkdaşımızla söhbətində “Parlaq imzalar” nəşriyyatının direktoru əməkdaşlıq və layihə haqqında bunları qeyd elədi:

“Məlumdur ki, bir millətin millət kimi formalaşıb dünya ilə ayaqlaşa bilməsi üçün kitabı əvəz edəcək faktor mövcud deyil. Ölkə kitabçılığını isə o qədər də xoş olmayan durumundan, əlbəttə, tək nəşriyyatlar xilas edə bilməz. Bunun üçün bütünlüklə mövcud qurum və təşkilatlar əl-ələ verməlidir. Sevindirici haldır ki, artıq bu istiqamətdə ATV rəhbərliyi örnək bir addım ataraq “Parlaq İmzalar” nəşriyyatı ilə qarşılıqlı əməkdaşlıq şəklində həyata keçiriləcək kitab layihəsinə başlayıb. Ümumiyyətlə, ATV rəhbərliyinin son illərdə mədəni-sənət layihələrinə dəstək olması diqqət çəkir. Bu yaxınlarda gerçəkləşən “ATV Qalereya” layihəsi, “Kitabçı” kimi yeri görünən jurnalın nəşri bu qəbildən olan əvəzsiz işlərdir. Ümid edirəm ki, bu kitab layihəsi ümumilikdə bütün ölkə kitabçılığı üçün faydalı olacaq və nəşr olunan bir-birindən maraqlı kitablar oxucuların zövqünü oxşayacaq.

Səlim Babullaoğlu da layihənin uğurlu olacağına inamını ifadə elədi:

“İnanıram ki, layihə hər baxımdan uğurlu olacaq, birgə nəşr edəcəyimiz kitablar öz oxucusuna çatacaq və onları sevindirəcək. Artıq konkret kitabların nəşriyyat prosesi də başlayıb. “Parlaq İmzalar” Nəşriyyatı kitabsevərlər və kitabçılar arasında öz dəsti-xətti ilə seçilən, ciddi, peşəkar bir nəşriyyatdır. Gənc, amma olduqca işlək, professional kollektivi var. Ən başlıcası isə indiyədək nəşr elədiyi kitabların seçiminə, öz nəşriyyat planına böyük həssaslıqla yanaşıb…”

atv.az

# 2188 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək

Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək

19:00 18 sentyabr 2026
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu

18:34 18 sentyabr 2026
Ahmet Ümitin yeni kitabı nəşr olundu

Ahmet Ümitin yeni kitabı nəşr olundu

18:00 18 sentyabr 2026
Danimarka qədim mədəni irs nümunələrini Türkiyəyə qaytardı

Danimarka qədim mədəni irs nümunələrini Türkiyəyə qaytardı

17:30 18 sentyabr 2026
Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

17:00 18 sentyabr 2026
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

16:56 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər