Salam necə “əndrabadi” oldu? POLEMİKA

Salam necə “əndrabadi” oldu? POLEMİKA
4 fevral 2015
# 11:08

Cavanşir Yusifli Kəramət Böyükçöllə münasibətlərinin pozulmasından bir neçə gün sonra onun atası Qəşəm Nəcəfzadədən qisas alır, onun şeirini tənqid atəşinə tutur. Düzü, oğulların ədəbi düşüncəsinə görə ataların günahkar olduğunu bilmirdim. Oğula görə atadan qisas almaq tənqidçiyə yaraşmır. Həm də heç yaraşmır. Söhbət, əlbəttə ki, araqarışdırandan yox, həqiqi tənqidçidən gedir.


Hə, doğrudan bu münasibətlər harada və niyə pozuldu və Cavanşir Yusiflinin belə bir məqaləsi yarandı? Səlim Babullaoğlunun şeiri ətrafında gedən polemikada ox yaydan çıxdı. Bilmirəm bəlkə də yay oxdan çıxmışdı. Səlimin tənqid olunma “cinayət”inə görə Salam, Əsəd Cahangir, Qəşəm Nəcəfzadə və digərləri edam kürsüsünə çəkildi. Bu cinayətə görə əvvəl-axır kimsə asılmalıydı, ya yox? Düzdür, Kəramət Böyükçöl Səlim Babullaoğluna qarşı əndazəni aşır, bunu düzgün saymıram. Amma burda Salam, Əsəd Cahangir, yaxud Qəşəm Nəcəfzadənin günahı nədir? Bəlkə, Səlimin tənqid olunmasını Cavanşir Yusifli onların işi bilib, yazını belə ovqata kökləyir? Bəs, Cavanşir Yusifli özü bu tənqid göstərişini kimdən alıb? İsmi lazım deyil, mahnısını oxumaq fikrində deyiləm.

Ümumiyyətlə, Səlim Babullaoğlunun tənqid olunmasının Salamın tapşırığı olmasına dair işarələr ortadadır. Əgər bunu kimsə görmürsə, həmin adamın eynək almasına ehtiyac yoxdur. Onsuz da görməyəcək. Növbəti “6x6”da Əsəd Cahangirin Cavanşir Yusifli haqda fikirlərinin gedəcəyi də öncədən elan edilmişdi. Məncə, Əsəd Cahangirin onun haqqında nə yazacağını bilən Cavanşir Yusifli bu təhqirlə dolu yazısını qabaqlayıcı tədbir kimi ərsəyə gətirib. Hə, bax buna deyərlər, çay gəlməmiş çırmanmaq.


Dostluğa görə tənqid və tərif olunmalardan danışan Cavanşir Yusiflinin özünün bu baxış tərzi dostbazlıqdır desəm yanılmaram ki? Səlim Babullaoğluna hörmətim olsa da, bunu söyləməliyəm. Burda Səlimlik bir iş yoxdur. Yenə də qeyd edirəm, yazının yazılmasına bir səbəb var - Səlim Babullaoğlunun tənqid olunması və Əsəd Cahangirin “6x6” layihəsində Cavanşir Yusifli haqqında fikir bildirəcəyinin elan edilməsi.

Kimisə yaradıcılığına görə səfeh, axmaq adlandırmaq bir alimə yaraşmır və bunun özü səfehlikdir. Bu daha çox gənc bir oğlanın emosional vəziyyətdə verdiyi qərarlara oxşayır.


Və Salam Sarvan. Salama qarşı mənim münasibətim, sayt fəaliyyəti, qadağaları və yaradıcılığı haqqında düşüncələrim məlumdur (və bu ayrı yazılarımın mövzusudur). Buna görə dərhal mətləbə keçirəm. Bir şairi bir-iki şeirinin qulpundan yapışıb yıxıb sürümək də düz deyil. Zatən ən yaxşı qəbul etdiyimiz şairlərin, elə klassiklərin də vur-tut 5-10 şeiri olur. Məncə, Salama bir neçə şeirin rakursundan yanaşaraq əndrabadi şair obrazı vermək olmaz. Bunu Emin Piri və digər gənc yazarlar söyləsə olar. Amma özünü alim sayan birinə yaraşmaz. Və həqiqətə qalsa, istənilən şairin, istər Xalq şairi, istər el şairi, nə bilim nə şairi olur olsun, bir neçə bayağı şeirini tapıb ortaya qoya bilərəm. Amma bu şeirlərin heç biri öz bayağılığına görə Cavanşir Yusflinin vaxtilə yazdığı şeirlərin yanından yel olub keçə bilməz.


Cavanşir Yusiflinin təkcə bu yazısı yox, bir çox yazılarını oxuyanda bir şeyi hiss edirsən - sanki ətrafda hələ kəşf olunmamış Amerika qitəsi yatır. Kəşf olunsa da, hələ oranı Hindistan sayırlar. Yəni gələcəkdə baxarıq doğrudan Hindistandır, yoxsa Amerika (yəni bizim adamdır, yoxsa yox). Məsələ dəqiqləşəndə isə Cavanşir Yusiflini sözünə artıq ehtiyac qalmır.


Cavanşir Yusiflinin bu yaşdan sonra həqiqəti və ədaləti bərpa etmək istəyinə düşüb, bizə məsləhət verməsinin də yeri deyil. Əgər bütün bunlar həqiqət idisə, niyə bu yaşa kimi gözləyirdiniz? Axı, bu yaşda bunu etmək gəncliyə pis örnəkdir...Yəni o, gəncliyə ”həqiqəti söyləsəniz belə, gözləyin 60 yaşda-filanda deyərsiniz” məsləhəti verir. Hələ bunun haqlı və ya haqsız olduğu haqqında danışmıram.


Cavanşir Yusifli öz tənqid hədəflərinə “ədəbiyyat xəstələri” adı verib. Allahdan ədəbiyyat “xəstələri” olan kimsəyə şəfa diləmirəm. Qoy, Allah onları daha dərin, sağalmaz ədəbiyyat “xəstəliyinə” düçar etsin. Bu zaman ədəbiyyata daha çox xeyir olar. İstedadsız adam isə heç vaxt başa düşməz ki, istedadsız “sağlamlıqdansa”, istedad “xəstəliyi” yaxşıdır.

# 3654 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #