Bakıda Rəqs Müsabiqəsinın açılışı olub

Bakıda Rəqs Müsabiqəsinın açılışı olub
26 iyun 2018
# 07:40

İyunun 25-də Heydər Əliyev Sarayında Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsinin açılış mərasimi olub.

Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə əvvəlcə Qəmər Almaszadənin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan balet məktəbinin yaradıcılarından biri, ilk qadın balet ustası Qəmər Almaszadənin adını daşıyan beynəlxalq müsabiqənin ikinci dəfədir təşkil edildiyini diqqətə çatdırıb. Bildirib ki, müsabiqə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq mədəniyyət tədbirləri arasında özünəməxsus yer tutur. İki ildən bir keçirilən müsabiqənin məqsədi milli və klassik rəqs irsinin, habelə müasir rəqs cərəyanlarının nəsildən-nəslə ötürülməsi və təbliği, gənc istedadların tanınması, rəqs sənətinin və ifaçılıq bacarığının inkişaf etdirilməsi, müvafiq sahədə professional təhsilin səviyyəsinin yüksəldilməsi, milli balet və xalq rəqsləri məktəbinin respublika və beynəlxalq arenada təbliğidir.

Nazir builki müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunduğunu qeyd edərək deyib: “Müsabiqənin Qəmər Almaszadənin adını daşıması təsadüfi deyil. SSRİ Xalq Artisti, milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım klassik xoreoqrafiya ənənələrini və milli rəqsləri bir araya gətirərək bənzərsiz obrazlar yaradıb. İnanıram ki, iştirakçıların arasında Qəmər xanımın adına layiq yeni ulduzlar parlayacaq. Hazırda Qəmər xanımın davamçıları ölkəmizdə çalışmaqdadır və sevinirəm ki, onlar bu müsabiqənin münsiflər heyətində iştirak edirlər. Azərbaycan rəqs məktəbi ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edir və gələcəkdə də belə olacaq”.

Tədbirdə Əməkdar Müəllim Pellumb Aqilliyayın Qara Qarayevin simfoniyasına quruluş verdiyi “Həyatın ritmi” xoreoqrafik kompozisiyası, Bakı Xoreoqrafiya Akademiyasının bakalavr və kollec tələbələrinin modern kompozisiyası, “Muğam” xoreoqrafik kompozisiyası təqdim olunub.

Daha sonra müsabiqənin beynəlxalq münsiflər heyəti təqdim edilib. Rəhbəri Rusiyanın Xalq Artisti, professor, dövlət mükafatları laureatı, Moskva Dövlət “Rus Baleti” Vilayət Teatrının yaradıcısı və bədii rəhbəri Vyaçeslav Qordeyev olan münsiflər heyətində Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova, Roza Cəlilova, Afaq Məlikova, Ukraynanın Xalq Artisti, professor, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, Slobojan Ukrayna Böyük Akademik Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və baş baletmeysteri Boris Kolnoquzenko, “Stara Zagora” Opera Teatrının rejissoru və bədii rəhbəri, Bolqarıstan Balet Assosiasiyasının rəhbəri, UNESCO-nun rəqs sənəti milli komitəsinin Bolqarıstan üzrə sədri Silviya Tomova, Estoniyanın Əməkdar Artisti, Sankt-Peterburq “Dance Open” Balet Festivalının bədii rəhbəri, UNESCO-nun beynəlxalq rəqs şurasının üzvü Vasili Medvedev, İsrail Dövlət Baletinin prima balerinası və bədii rəhbəri, Beynəlxalq Xoreoqraflar İttifaqının İsraildən olan daimi üzvü Nina Gerşman, Azərbaycan və Rusiyanın Əməkdar Artisti Vitali Axundov yer alıb.

Xatırladaq ki, müsabiqədə ölkəmizlə yanaşı, ABŞ, Bolqarıstan, İspaniya, İsrail, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və Yaponiyadan olan balet ustaları iştirak edirlər. Müsabiqənin nəticələrinə əsasən hər kateqoriyaya görə I, II, III dərəcəli laureat və Qran-Pri mükafatları təqdim edilir. Müsabiqə iştirakçılarına və onların müəllimlərinə sertifikatlar veriləcək. /azertag.az/

# 1335 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #