Yeni ədəbiyyat jurnalı çıxdı: "Ustad"

Yeni ədəbiyyat jurnalı çıxdı: "Ustad"
25 fevral 2016
# 13:39

Fevralın 27-də Kitabevim.az kitab marketində “Hədəf Nəşrləri”nin təsis etdiyi “Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayının təqdimatı keçiriləcək.

Ayda bir dəfə çap olunması planlaşdırılan dərgidə kino, teatr, musiqi və sənətin digər sahələrində məqalələr, araşdırmalar, həmçinin yeni əsərlər yayımlanır. Dərginin baş redaktoru Şəmil Sadiq, redaktoru isə Nərgiz Cabbarlıdır.

“Ustad”ın ilk sayında İsa Həbibbəylinin “Ustadlığa doğru”, Nizami Cəfərovun “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Qan Turalının “Ustad”, Elxan Nəcəfovun “Sufilikdən bir az” məqalələri dərc edilib.

Bununla yanaşı, Nərgiz Cabbarlının Rübabə Muradova haqqında “Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu”, Şəmil Sadiqin “Türk hökmdarlarının sözü və qılıncı”, Dilqəm Əhmədin “Kəmalüddövlə tvitləri”, Salvador Dali“Rənglərin söhbəti”, Fərid Hüseynlinin “Cizgi roman nədir“, Səma Fuadqızının İtkin düşmüş “Köpək” araşdırma və təhlil yazıları dərgidə yer alıb.

“Ustad”ın ilk sayının ədəbiyyat bölümündə Aslan Quliyevin “Gülümsəyən qız”, Kənan Hacının “Siçovullar üçün darıxan gəmi”, Müşfiq XANın “naŞİR”, Cəlil Cavanşirin “Əyyubun səbri”, Azad Qaradərəlinin “Tanış olmayan yazı” yeni hekayələri, Andre Moruadan “Yaşamaq elmi haqqında gənc dostuma məktub”, Haruki Murakamidən “Yeddinci adam”, Viktorin Orinin “Diş ağrısı, yaxud zavallı Matoren” yeni tərcümələr; Məmməd Arif vəŞahmar Əkbərzadənin “Səməd Vurğun haqqında dərc olunmamış xatirələr”, Elxan Zalın “Böyük çölün böyük oğlu”, Rəsmiyyə Sabirin yeni şeirləri, Vidadi Babanlı ilə müsahibə – “Mən sovet dövrünün yazıçısıyam!” yazıları çap edilib.

# 2541 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər