Xalq yazıçısı Anarla görüş keçirilib

Xalq yazıçısı Anarla görüş keçirilib
12 oktyabr 2019
# 09:54

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarla görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə Akademiyanın əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev xalq yazıçısı Anarı salamlayaraq dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. O, görkəmli yazıçının həyat və yaradıcılığı barədə məlumat verərək bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar Azərbaycan ədəbiyyatının inkişafında öz dəst-xətti olan görkəmli yazıçı və dəyərli ziyalıdır.

Qeyd edilib ki, Anarın təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində 100-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr olunub. Onun yaradıcılığına çoxlu məqalələr, dissertasiya və monoqrafiyalar həsr edilib. O, 2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı, 2014-cü ildə türkdilli ölkələrin Yazıçılar Birliyinin ilk sədri seçilib və həmin ildə MDB ölkələri Parlament Assambleyası tərəfindən Çingiz Aytmatov mükafatına layiq görülüb.

Görüşdə çıxış edən xalq yazıçısı Anar Akademiyanın rəhbərliyinə, tədbirin təşkilatçılarına təşəkkür edərək, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən bəhs edərək maraqlı mövzulara toxunub. Xalq yazıçısı kursantlara bədii ədəbiyyat oxumağı tövsiyə edib. Maraqlı müzakirələrlə yadda qalan görüşdə Anar yaradıcılıq planları və hazırda üzərində işlədiyi əsərlər barədə məlumat verib. Xalq yazıçısı görüş iştirakçılarına avtoqraf verərək onlarla xatirə şəkli çəkdirib, sualları cavablandırıb.

Sonda Akademiyanın rəisi Baba Salayev ali təhsil müəssisəsinin şəxsi heyəti adından Anara yaradıcılıq uğurları arzulayıb və xatirə hədiyyəsi təqdim edib.

# 2411 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

Yazıçı İlham Əzizin "Qəvvas" romanının təqdimatı keçirildi

19:30 11 aprel 2026
Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

Rəşad Məcid "Ulduzlu görüşlər"in qonağı oldu

15:50 11 aprel 2026
Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

Selin Dionun konsert bileti üçün milyonlarla müraciət qeydə alındı

15:30 11 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Parisdə  Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

Parisdə Pikassonun tablosu 100 avroya satılacaq - Səbəb

14:30 11 aprel 2026
Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

Eyfel qülləsinin orijinal spiral pilləkəninin bir hissəsi hərraca çıxarılacaq

12:30 11 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər