Gürcüstanda Azərbaycan konserti

Gürcüstanda Azərbaycan konserti
22 oktyabr 2019
# 10:01

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr edilmiş konsert proqramı keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində təşkil edilən konsert proqramının açılışında çıxış edən Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov bildirdib ki, Azərbaycan və Gürcüstan dost və qardaş ölkələrdir, iki ölkənin ortaq həyata keçirdiyi Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan kimi iri enerji və logistika layihələri ölkələr arasında qarşılıqlı etimadı daha da gücləndirir. Qeyd edib ki, bu layihələr regionun inkişafında və xalqların rifahının yüksəldilməsində böyük rol oynayır.

Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyinin aparat rəhbəri Tina Ğoğeliani isə qeyd etdi ki, Gürcüstan Baş naziri Giorgi Qaxarianın ilk səfərini Bakıya etməsi Gürcüstanın Azərbaycanla srateji tərəfdaşlığı daha da gücləndirmək istəyindən xəbər verir.

Kvemo Kartli regionunun qubernatoru Şota Rexviaşvili də öz növbəsində bildirdi ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaş ölklərdir və hər iki ölkənin xalqları arasında möhkəm tarixi bağlar var. O, Azərbaycanı dövlət müstəqilliyinin 28 ildönümü münasibəti ilə təbrik etdi.

Konsert proqramında xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq Ritm qrupu” və əməkdar artist Nailə Məmədzadənin rəhbərliyi ilə “Mirvari” rəqs qrupu “Sarı Gəlin” kompozisiyası təqdim etdilər. 3-cü Respublika Muğam Müsabiqəsinin qalibi Mirələm Mirələmov və əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi “Çahargah Rəngi” ansamblı isə Azərbaycan xalq və bəstəkar mahnıları, həmçinin muğam musiqisi ifa etdilər.

Konsert Heydər Əliyev Fondu, Azərbaycan Respbulikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılğı ilə baş tutub.

# 3345 dəfə oxunub

Oxşar xəbərlər

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

Nəsiminin ürəyi tapıldı – şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra - “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ - VİDEO

18:10 22 sentyabr 2026
Məşhur film ilk həftəsində rekord qırdı

Məşhur film ilk həftəsində rekord qırdı

18:00 22 sentyabr 2026
İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

17:30 22 sentyabr 2026
İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

İki dəfə Buker mükafatı alan ilk qadın yazıçı - Hilari Mantel kim idi?

17:00 22 sentyabr 2026
Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

Tanınmış fotoqrafın sərgisi nümayiş olunacaq

16:30 22 sentyabr 2026
"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər