Çe Gevaranı sevənlərə şad xəbər

Çe Gevaranı sevənlərə şad xəbər
3 sentyabr 2015
# 13:02

Patrik Modianonun “Seçilmiş əsərləri”, Ernesto Çe Gevaronun “Boliviya gündəliyi” və “Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında” kitabları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq Kitab” elektron kitabxanasına yerləşdirilib. Tərcümə Mərkəzinin mətbuat xidmətindən Kulisə verilən məlumata görə həmin kitablar yaxın vaxtlarda nəşr olunacaq.

2014-cü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Partik Modianonun “Seçilmiş əsərləri” nasirin Azərbaycan dilinə tərcümə edilən ilk iri həcmli əsərlər toplusudur. Əsərləri dilimizə İ. Əlfi, M. Qarayev, E. Başkeçid tərcümə edib.

Ernesto Çe Gevaronun “Boliviya gündəliyi” –Kuba azadlıq inqilabının simvolu Çe Gevaronun yarımçıq qalmış ömrünün son on bir ayından – qəhrəman inqilabçının və onun silahdaşlarının Boliviyanın azadlığı uğrunda apardıqları ölüm-dirim mübarizəsindən bəhs edir. Əsəri dilimizə Rövşən Ramizoğlu tərcümə edib.

“Azәrbaycanın enerji siyasәti Qәrb mәtbuatında” – kitabda son illәr Qәrb mәtbuatında Azәrbaycanın enerji siyasәti, neft və qaz strategiyası, Xəzərin enerji resurslarının dünyaya çatdırılmasında kəmərlərin rolu ilə bağlı dәrc olunmuş analitik yazılar, mətn və məqalələr yer alır.

Kitabları www.achiqkitab.az saytından oxuya bilərsiz.

# 2059 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər