Rostropoviç festivalı başlandı

Rostropoviç festivalı başlandı
23 aprel 2019
# 09:21

Ölkəmizdə onuncu dəfədir ki, Mstislav Rostropoviç Festivalı keçirilir. Festivalın bünövrəsində Azərbaycan mədəniyyəti dayanır.

Beynəlxalq əhəmiyyətli bu festivalın ilk təşəbbüskarları Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç olub. Festival çərçivəsində ölkəmizdə reallaşan konsertlərdə dünyanın əksər ölkələrindən tanınmış ifaçılar iştirak edirlər. Bu il də o ənənə davam edəcək.

Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimində söyləyib.

Nazir çıxış edərək bu günün həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu vurğulayıb, festivalı Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

Ə.Qarayev bildirib ki, M.Rostropoviç 2006-cı ildə Bakıda keçirilən klassik musiqi festivalı olan Şostakoviç festivalının yaradıcısıdır. Festivalın gözəl musiqi bayramı olacağına əminliyini ifadə edən mədəniyyət naziri, iştirakçı musiqi kollektivlərinə təşəkkürünü bildirib.

Sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib.

İkihissəli konsertdə dünya şöhrətli bəstəkarlar Lüdviq Betxoven, Pyotr Çaykovski və Yohannes Bramsın əsərləri səsləndirilib.

# 3685 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər