Anasından 5 yaş kiçik müğənni

Anasından 5 yaş kiçik müğənni
1 avqust 2016
# 09:00

O, Türkiyənin ən məşhur və sevilən müğənnilərindən biridir. Dillər əzbəri olan mahnıları ilə yanaşı rəqsləri ilə də sevilir.

Məşhur müğənni, aktrisa, rəqqasə və aparıcı Sibel Can 1 avqust 1970-ci ildə Türkiyənin Fatih bölgəsində anadan olub.

Ailənin ilk övladı olan Sibel Cangürün atası bir çox məşhurlara solistlik edən skripka sənətçisidir. Sibel Can musiqi ilə uşaq yaşlarından tanış olub. 13 yaşında atası ilə birgə Vyana, Almaniya, Hollandiya və İsrailə gedərək həm müğənnilik, həm də rəqqasəlik edib.

Karyerası

Sibel Can “Qalata Qülləsi” və “Astoriya” kimi klublarda səhnəyə çıxıb. Daha sonra “Maksim” kazinosunda səhnəyə çıxmaya başlayıb və 17 yaşında solist olub. Amma yaşı az olduğu üçün kazinonu bağlayıblar. Bundan sonra Sibel Can Fəxrəddin Arslanın köməyi ilə məhkəmədə doğum tarixini 6 yaş artırıb. Əslində 1970-ci ildə doğulan Sibel Canın sənəddəki doğum tarixi 1964-cü il yazılıb. Ancaq bu il müğənni doğum tarixinin doğru yazılması üçün məhkəməyə müraciət edib. Məsələyə münasibət bildirən hakim o dövrdə Sibel Canın doğum tarixini 6 il geriyə çəkməyə qərar verən məhkəmənin bu halda onun anası ilə cəmi 5 yaş fərqi olduğunu necə bilmədiyinə təəccübləndiyini deyib. Sibel Can, “Maksim” kazinosunda Muazzez Abacı, Nəşə Qaraböcәk və Əməl Sayın kimi məşhur şəxslərlə çalışıb.

Sibel Can 1987-ci ildə “Günah Bizə” adlı ilk albomunu çıxarıb. Bu albomu çıxaran zaman o, Orxan Gəncəbaydan böyük dəstək alıb. Albom qısa zamanda sürətlə satılıb. Sibel Can demək olar hər il bir albom buraxırdı. 1995-ci il ildə yayımlanan “Mahnılardan Səndən yana” albomunda tərzini bir az dəyişib. Albomdakı “Dəli Ürəyim” və “Dedi-Qodu” kimi mahnıları çox məşhurlaşdı. 1997-ci ildə Sərdar Ortaçın bəstələdiyi “Padişah” albomunu yayımlayıb. Bu albom ona xeyli uğur gətirib.

2007-ci ildə çıxardığı “Axşam Səfası” albomundakı “Çakmak Çakmak” adlı musiqisi ona böyük uğur qazandırıb. 2011-ci ildə nümayiş olunan “Səyyah” albomundakı “Hançer” mahnısı onun uğurlarını daha da artırıb.

Sibel Can serial və filmlərdə də rol alıb. Onun “Çobanyastığı ilə Qarabibər” filmindəki və "Kaldırım Çiçəyi", "Gülüm", “Sibəl”, "Bizə nə oldu”, “Gizlənqaç”, “Ah İstanbul” və "Berivan" kimi seriallardakı rolları məşhurluğunu daha da artırıb. Müğənni bu günədək bir çox mükafatlara layiq görülüb.

Şəxsi həyatı

Müğənni 1987-ci ildə “Günah Bizə” albomunu çıxararkən ona çox dəstək olan Orxan Gəncəbayla bir müddət eşq yaşadığı bildirilir.

1988-ci ildə isə o dövrün tanınmış sənətçilərindən olan Hakan Ural ilə məşhur müğənni Zərrin Özərin mənzilində gizlicə ailə qurub. Bu evlilikdən cütlüyün 1992-ci ilin yanvarında Engincan adlı oğlu, 1995-ci ilin avqustunda isə Melisa adlı qızları dünyaya gəlir. Cütlük çox xoşbəxt görünsə də, bu nikah ayrılıqla nəticələnib.

Sibel Canın boşanması ilə bağlı müxtəlif iddialar yayılmışdı. 1998-ci ildə onun başqa biriylə eşq yaşadığını deyən bir qrup şəxs əllərində videokasetin olduğunu da bildirmişdilər. Məlumata görə, bir müddət müğənnidən o kasetin məhv edilməsi üçün külli miqdarda pul tələb edərək şantaj edirdilər. Bütün iddialara baxmayaraq, cütlük birgə görünürdü. Şayiələrin artdığı zamanlarda cütlük övladları ilə birgə Londona səfər edir. Amma bir müddət sonra Hakan Ural ailəsini orda qoyaraq Türkiyəyə ata evinə geri dönür.

Həmin ərəfədə Hakanın Sibeldən ayrılmaq üçün ondan 4 milyon dollar pul tələb etdiyi ilə bağlı məlumatlar da yayılmışdı. Bu xəbərdən əsəbiləşən Hakanın atası Səlcuq Ural isə bunu təkzib edərək oğlunun elə bir pul tələb etmədiyini bildirmişdi. 1999-cu ildə boşanan cütlüyün ayrılıqları uzun müddət müzakirə olunmuşdu. Sibel Canın 24 yaşlı oğlu Engincanla bağlı da müxtəlif iddialar səsləndirilirdi. Türk mediasının xəbərinə görə, qeyri-adi geyim tərzi olan Engincan fərqli oriyentasiyaya malik idi.

Bir il sonra müğənni Sülhü Aksütlə ailə qurur. Bu evlilikdən onların Əmir adlı oğlanları dünyaya gəlir. 10 il sonra isə bu münasibət də boşanma ilə nəticələnir.

Bir neçə ay öncə müğənninin Monakoda tanış olduğu ingilis biznesmenlə Ramazan bayramından sonra evlənəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Müğənninin eks-həyat yoldaşı bu xəbəri təkzib edib. O, verilişlərdən birinə zəng vuraraq bu xəbərin yalan olduğunu deyib: “Sibel Can evlənmir, nə evlənmək? Onun 3 övladı var. Əgər evlənsə, zəng vurub təbrik edərəm. Amma elə bir şey yoxdur”.

# 1553 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
#
#
# # #