Yuğ teatrı festivala gedir

Yuğ teatrı festivala gedir
5 aprel 2019
# 14:43

Azərbaycan Dövlət “YUĞ” Teatrının “Müəmmalı bir qətlin üç versiyası” tamaşası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Nauruz” beynəlxalq teatr festivalına dəvət alıb.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib ki, festivalda teatrı təmsil edəcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.

Rejissor tamaşanın yozumu barədə belə deyir: “Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burada əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var – müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. Əsər detektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyillidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib?”.

Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni… birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır. /azertag.az/

# 2474 dəfə oxunub

Oxşar xəbərlər

Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı

Misirin məşhur Memnon heykəllərinin bərpası tamamlandı

18:28 25 dekabr 2025
Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

Bizi özlərinə müştəri edənlər – Verən razı, alan isə...

18:19 25 dekabr 2025
Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?

Əli Kərimi məğlub edən şair - Onu niyə Yazıçılar Birliyindən çıxartmaq istəyirdilər?

16:45 25 dekabr 2025
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

15:58 25 dekabr 2025
 “Səma qurbanları”  qısametrajlı filmi hazırlandı

“Səma qurbanları” qısametrajlı filmi hazırlandı

14:04 25 dekabr 2025
Moskvadan Bakıya uzanan yol - "Ögey ana"nın Dadaşının atası kim idi?

Moskvadan Bakıya uzanan yol - "Ögey ana"nın Dadaşının atası kim idi?

13:15 25 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər