“Nobel həftəsi” başlayır

“Nobel həftəsi” başlayır
7 dekabr 2017
# 10:23

Bu gündən Stokholmda “Nobel həftəsi” başlayır.

Həftə çərçivəsində laureatların mühazirələri təşkil olunacaq, dekabrın 10-da isə mükafatlar təqdim ediləcək.

2017-ci ildə Nobel mükafatı nominantları arasında 11 şəxs və bir təşkilat var.

“Nobel həftəsi” çərçivəsində keçiriləcək tədbirlərin planına görə, dekabrın 7-də fiziologiya və təbabət üzrə Nobel mühazirəsi oxunacaq. Bu il həmin mükafatın laureatları Amerika alimləri Ceffri Holl, Maykl Yanq və Maykl Rosbaşdır. Elə həmin gün ədəbiyyat üzrə laureat, ingilis yazıçısı Kazuo İşiquro mühazirə ilə çıxış edəcək.

Dekabrın 8-də kimya Nobel mükafatı laureatları – Jak Düboşe (İsveçrə), İokim Frank (ABŞ) və Riçard Hendersonun (Böyük Britaniya), habelə fizika üzrə Nobel mükafatı laureatları - Amerika fizikləri Rayner Vayss, Kip Torn və Barri Berişin Nobel mühazirələri dinlənəcək.

İqtisad elmləri sahəsində Nobel mükafatı laureatı Riçard Talerin (ABŞ) mühazirəsi də dekabrın 8-nə təyin olunub.

Dekabrın 9-da Nobel həftəsi çərçivəsində “Həqiqətin gələcəyi” adlı dialoq planlaşdırılıb.

Bu il Nobel Sülh Mükafatı nüvə silahının məhv edilməsi uğrunda beynəlxalq şirkətə (İCAN) təqdim edilib. Bu mükafatın laureatları dekabrın 10-da mühazirə ilə çıxış edəcəklər.

Xatırladaq ki, Nobel mükafatı laureatlarının təltif edilməsi mərasimləri hər il eyni gündə - bu mükafatların təsisçisi Alfred Nobelin vəfat etdiyi 10 dekabr tarixində keçirilir. Onun vəsiyyətinə görə, bu mərasimlər iki şəhərdə - Stokholmda və Osloda təşkil olunur. Stokholmda fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahəsində mükafatlar təqdim edilir. Nobel Sülh Mükafatı laureatlarının təltif edilməsi mərasimi isə Oslo şəhər ratuşasında təşkil olunur. Cari ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronuna (təqribən 1,1 milyon ABŞ dollarına) bərabərdir./parafr.az/

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirildi

16:09 11 may 2026
Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

Aygün Kazımovanın məşhur mahnısı "Avroviziya"da

16:02 11 may 2026
Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

Sem Nil xərçəngə qalib gəldi: "Artıq yeni filmdə çəkilməyin vaxtıdır"

14:40 11 may 2026
"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

"The Beatles"in sonuncu dəfə çıxış etdiyi bina nəhəng sərgi məkanına çevrilir

12:56 11 may 2026
Rənglərin imperatoru, impressionistlərin qənimi

Rənglərin imperatoru, impressionistlərin qənimi

11:30 11 may 2026
Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

Güllələrə sinə gərən təbəssüm: Üsyanın və sevginin peyğəmbəri Bob Marli

10:20 11 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər