Qadınla qəmli-qəmli görüşmək - Mollalardan 11 LƏTİFƏ

Qadınla qəmli-qəmli görüşmək - <span style="color:red;">Mollalardan 11 LƏTİFƏ
3 may 2018
# 13:01

Kulis.az molla mövzusunun aktual olduğunu nəzərə alaraq xalq arasında məşhur olan bir neçə molla lətifəsini təqdim edir.

Yas məclislərinin birində molla Əzrayıldan danışırmış. Bu vaxt cavanlardan biri molla ilə zarafatlaşmaq istəyir:

- Ay molla, Əzrayıl kişidir, ya qadın?

Mollanın cavabı gecikmir:

- Gəlib sinənə çökəndə əlinlə yoxlayarsan.

***

Məclisdə molla qəfil yerindən sıçrayıb qışqırır:

- Ay aman, qiyamət yaxınlaşır! Allahın evini murdarladılar!

Məclisdəkilər mollanın bu hərəkətindən narahat olub soruşurlar ki, qəfildən sənə nə oldu axı?

Molla cavab verir:

- Məndə qeybi görürəm. Gördüm ki, bu dəqiqlərdə Kəbəyə bir it yaxınlaşdı, divarını murdarladı.

Hamı mollanın bu sözündən qorxuya düşür.

Bir az sonra ehsan verilir. Məclisə xidmət edən lotu cavanlardan biri mollanın qabağına gedən plovun qarasını düyünün altında gizlədir. Plovunu qarasız görən molla dillənir:

- Bunu qarası hanı?

Cavan oğlan qaşıqla düyünün altındakı qaranı göstərib deyir:

- Kəbədə iti görürsən, düyünün altında qaranı görmürsən?

***

Məclisdə molla söhbət edir:

- Namaz qılmayanlar, içki içənlər, pis əməl törədənlər sirat körpüsünü keçə bilməyəcəklər.

Bu vaxt nadinc bir adam mollanı çətinə salmaq fikrinə düşür:

- Olar körpüyə çatanda sənin ətəyindən tutub mən də keçim?

Molla:

- Bala, orda hamı lüt-üryan olacaq. Amma yenə də bax, məncə nəsə tapıb tuta bilərsən.

***

Küçədə iki nəfər dalaşırmış. Yaxınlıqdan keçən polis onları ayırmaq üçün gedəndə qarşısına bir molla çıxır və onu saxlayır:

- Nəçənnik, tələsmə!

Polis:

- Axı bir-birinə hücum edirlər?

Molla:

- Dedim ki, tələsmə.

Bu vaxt dava edənlərin biri bıçaqla vurub o birini öldürür. Molla gülümsünür:

- İndi buyur get. Sən özününkünü apar, mən özümünkünü.

***

Molla qəbir üstündə kasıb bir adamın atasına “Yasin” oxuyurmuş. Bu vaxt qəbiristana yekə bir “Cip” yaxınlaşır. İçindən kostyumlu-qalstuklu bir neçə adam düşür. Molla görür ki, gələn imkanlı adamdı “Yasin”i tez-bazar bitirib onlara yaxınlaşır. Və həmin imkanlı adamın atasının qəbrinin üstündə uzun bir “Yasin” oxuyur.

“Cip” gedəndən sonra kasıb adam mollaya yaxınlaşıb deyir:

- Onun pulu çoxdu deyə, fərq qoyursan? Bəs hanı ilahi ədalət?

Mollanın əlini saqqalını çəkib təmkinlə deyir:

- Ay oğul, sənin atan arif adamdır, iki kəlmə dedim, başa düşdü. Bunun atası zırramanın biridir, başa sala bilmirdim.

***

Dəfn mərasimi keçirilirmiş. Hava da soyuq, qar yağır. Molla da “Yasin”i bitirmək bilmir. Bu vaxt qəbrin ətrafına yığılanlardan biri deyir:

- Molla, “zimni” elə, soyuqdan qırıldıq.

***

Gecə vaxtı məscidə namaza gələn bir mömin görür ki, molla minbərin arxasında bir qadınla mazaqlaşır. Necə hirslənirsə, özündən çıxır, “Tfu, sənin imanına!!!” deyib, məscidin döşəməsinə tüpürür.

Molla tövrünü pozmadan deyir:

- Qoy əlimdəki bu mübarək işi bitirim, Allahın evini murdarlamağın nə demək olduğunu sənə göstərəcəm!

***

Məhərrəmlik vaxtı mollaya sual verirlər ki, içmək olar. Molla deyir:

- Yox.

Daha bir sual:

- Bəs qadınla görüşmək necə?

Molla:

- Olar, amma qəmli-qəmli.

***

Mollayla polisin sözü çəp gəlir. Polis acıqlanır:

- Sən öl, səni “srok”a göndərərəm.

Molla təmkinlə cavab verir:

- Sən göndərdiyin uzağı on beş ilə qayıdır, mən göndərdiyim biryolluq gedir.

***

Molladan soruşurlar:

- Naməhrəmə baxmaq olar?

Mollanın cavabı:

- “Svarka”dan başqa hər şeyə baxmaq olar.

***

Avqust ayı. İsti. Dəfn mərasimi. Bir kişi qəbrə girib atasının meyitini torpağa qoyur. Başının üstündə dayanan molla:

- Bir az sağa, bir az sola, olmadı, başını azca qaldır, bir az belə çöndər, çox oldu, indi ayaqlarını bir az sola çək...

Mərhumun oğlu dözməyib başını qəbirdən qaldırır:

- A kişi, “krosnu” quraşdırmırıq e, adam basdırırıq.

# 4180 dəfə oxunub

Oxşar xəbərlər

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

Allahın varlığını adamı döyməklə sübut edirsiniz? - Taleh Şahsuvarlı

20:17 4 sentyabr 2026
Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

18:40 4 sentyabr 2026
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

17:23 4 sentyabr 2026
Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

Yardımlıda orta əsrlərə aid qalıqlar tapıldı

16:40 4 sentyabr 2026
Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi

16:20 4 sentyabr 2026
"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

"Dünyanın tanıdığı tək Karmen..." - Fidan Hacıyevanın konsert proqramından reportaj

16:00 4 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər