Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlandı

Xaqani Şirvaniyə həsr olunan elektron məlumat bazası hazırlandı
22 iyun 2026
# 13:43

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Xaqani Şirvaninin zəngin ədəbi irsindən bəhs edən elektron məlumat bazası hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, məlumat bazası Azərbaycan klassik irsinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və Xaqani Şirvani yaradıcılığına marağın artırılması məqsədilə hazırlanılıb. Resurs tədqiqatçılar, tələbələr, müəllimlər və geniş oxucu auditoriyası üçün etibarlı informasiya mənbəyidir.

Elektron bazada Xaqani Şirvaninin həyat və yaradıcılığına dair ümumi məlumat, Azərbaycan xalqının ədəbiyyat və mədəniyyət tarixində tutduğu mühüm yer və ədəbi-fəlsəfi irsinin əhəmiyyəti haqqında bölmələr təqdim edilir.

Məlumat bazasında “Rəsmi sənədlər”, “Xronologiya”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslərin söylədikləri” kimi bölmələr yer alır. Bu bölmələrdə Xaqani Şirvaninin ömür yolu, yaradıcılıq xüsusiyyətləri, dövrünün ictimai-mədəni mühiti, ədəbi baxışları və şəxsiyyəti haqqında geniş məlumat təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin “Xaqani Şirvani– saraylara baş əyməyən, elmlə şərəflənib şöhrətə çatan şair”, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovun “Xaqani Şirvani - Allahı və doğruluğu sevən türk şairi”, professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Xaqani Şirvani”, Əməkdar jurnalist İradə Əliyevanın “Poeziyanın intibah günəşi” və Aynur Turanın “Söz mülkünün xaqanı - Xaqani Şirvani” kimi məqalələrin tam mətni yer alır.

Elektron resursda Xaqani Şirvaninin müəllifi olduğu və türk, rus, fars dillərində nəşr olunan kitabları, əlyazmaları, haqqında qələmə alınan nəşrlər və dövrü mətbuat nümunələri, izomateriallar, notlar təqdim edilir.

Bu bölmələr vasitəsilə istifadəçilər Xaqani Şirvaninin əsərləri, onun haqqında yazılmış elmi və publisistik mənbələr, audiovizual materiallar, fotoşəkillər və digər məlumatlarla tanış ola bilirlər.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 582 dəfə oxunub

Oxşar xəbərlər

Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

Xalq şairi Qabilin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlandı

18:00 11 avqust 2026
“Ritm” rəqs qrupu  Fransada beynəlxalq folklor festivalında

“Ritm” rəqs qrupu Fransada beynəlxalq folklor festivalında

17:30 11 avqust 2026
Məşhur küçə rəssamı Britaniyanın dövlət büdcəsinə zərər vurdu

Məşhur küçə rəssamı Britaniyanın dövlət büdcəsinə zərər vurdu

16:30 11 avqust 2026
Bred Pitt süni intellekti dəstəklədiyini elan etdi

Bred Pitt süni intellekti dəstəklədiyini elan etdi

16:00 11 avqust 2026
Tanınmış fenomen intihar etdi – Səbəb

Tanınmış fenomen intihar etdi – Səbəb

15:30 11 avqust 2026
Gənc aktyor:  “Onun serialında çəkilmək mənim üçün ən böyük məsuliyyətdir” - Müsahibə

Gənc aktyor: “Onun serialında çəkilmək mənim üçün ən böyük məsuliyyətdir” - Müsahibə

14:30 11 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər