VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalı keçirildi

VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalı keçirildi
25 may 2023
# 11:20

17-20 may 2023-cü il tarixlərində Qırğız Respublikasının Oş şəhərində Çingiz Aytmatovun 95 illik və Muxtar Auezovun 125 illik yubileylərinə həsr olunmuş VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalın əsas təşkilatçıları sırasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yer alıb.

Festival çərçivəsində dörd gün ərzində 20-dən çox ölkədən elmi, mədəni və yaradıcı nümayəndə heyətləri “Zaman və məkanda dastançının mətni” beynəlxalq elmi-praktik simpoziumunda, sənətkarlıq və xalq yaradıcılığı sərgisində, rəvayətçilərin və dastançıların müsabiqəsində, eləcə də "Mədəni müxtəlifliyin paradı" adlı teatrlaşdırılmış qala - konsertində iştirak ediblər. Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın layihə rəhbəri Mirbek Karıbayev təmsil edib.

Festivalın açılış mərasimində Qırğız Respublikasının dövlət katibi Suyunbek Kasmambetov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakçılara müraciətini oxuyub.

Festival çərçivəsində “Zaman və məkanda dastançının mətni” adlı beynəlxalq elmi-praktik simpoziumu gerçəkləşib. Simpoziumun açılış mərasimində Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Mirbek Karıbayev, Oş Dövlət Universitetinin rektoru Kudaiberdi Kojobekov çıxış ediblər.

Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş Azərbaycanlı manasşünas Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənələri” kitabının təqdimatı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Beynəlxalq Türk Akademiyası ilə birgə nəşr etdirdiyi «Сагымбайдын Манасы» kitabının təqdimatının planlaşdırıldığı da diqqətə çatdırılıb.

Təqdimat mərasimində çıxış edən tanınmış türkoloq, tarix üzrə elmlər doktoru Süleyman Kayıpov Adil Cəmilin müəllifi olduğu kitabın “Manas” dastanına yeni və zəruri yanaşmanı ifadə etdiyini və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.

Simpoziumda 20-dən çox ölkədən 60-a yaxın alim iştirak edib.

# 1482 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər