“V Müasir Audiovizual Baxış” Mükafatının qalibi elan olundu

“V Müasir Audiovizual Baxış” Mükafatının qalibi elan olundu
13 mart 2024
# 11:50

Martın 12-də “Cinemastercard”’ Kinoteatrlar Şəbəkəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə AzerNyuMedia Şirkətinin hər həftənin şənbə və bazar günləri Real FM-də təqdim etdiyi Cinema Radio Kino Radio Kanalının ənənəvi “V Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin media sektorunun müdiri Türkan Cəfərova, Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis yığıncağının sədri Əli İsa Cabbarov, Azərbaycan Respublikası Kino Agentliyinin nümayəndəsi Sahil Məmmədov, Cinemastercard Kinoteatrlar Şəbəkəsi Müşahidə Şurasının sədri Zaur Darabzadə və başqaları “Cinema Radio” Kino Radio Kanalının son beş il ərzindəki fəaliyyəti, məqsəd və vəzifələri, Azərbaycan, eləcə də milli audiovizual sənətin təbliğindəki rolundan bəhs ediblər.

Qeyd edək ki, mükafat 2019-cu ildə aktyor, rejissor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist, aparıcı Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor və ssenarist Azər Aydəmirə, 2023-cüi ildə isə rejissor, ssenarist və prodüser Emil Quliyevə təqdim edilib.

# 2184 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər