Urartu dövrünə aid qədim məbədlər aşkarlandı

Urartu dövrünə aid qədim məbədlər aşkarlandı
7 avqust 2025
# 15:14

Türkiyənin Van vilayətinin Muradiyə rayonuna bağlı Uluşar kəndində yerləşən qədim Urartu qalasında aparılan arxeoloji qazıntıların builki mərhələsinə start verilib.

Kulis.az xəbər verir ki, Yüzüncü İl Universitetinin arxeologiya bölməsinin müəllimi Sabahattin Ərdoğanın rəhbərliyi ilə aparılan qazıntılar zamanı bazalt daşlarla tikilmiş divarlar və iki məbəd aşkarlanıb.

İki il əvvəl tapılan mixi yazılı daş bloklar üzərində aparılan araşdırmalar nəticəsində şəhərin Urartu dövründəki adının “Haldi Patari”, yəni “Tanrı Haldinin müqəddəs şəhəri” olduğu müəyyən edilib.

Qeyd edək ki, qazıntılarda eyni zamanda Urartu dövrünə aid ox ucu, orta əsrlərə aid sikkələr və müxtəlif keramik nümunələr də aşkar olunub.

# 101 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında

Azərbaycan plovu Səmərqənddə beynəlxalq kulinariya festivalında

15:50 7 avqust 2025
Məşhur aktyor illər sonra səhnəyə geri qayıdır

Məşhur aktyor illər sonra səhnəyə geri qayıdır

15:30 7 avqust 2025
İlon Mask Azərbaycanla bağlı paylaşım edib

İlon Mask Azərbaycanla bağlı paylaşım edib

15:18 7 avqust 2025
"Təzə Pir" məscidinin ətrafındakı tarixi məhəllə abadlaşdırılacaq

"Təzə Pir" məscidinin ətrafındakı tarixi məhəllə abadlaşdırılacaq

15:11 7 avqust 2025
“Error 400: Katerina” - Aliyə Kərimzadə

“Error 400: Katerina” - Aliyə Kərimzadə

15:00 7 avqust 2025
Afroamerikalı diaspor sənətçilərinin "Studio Museum"u  payızda açılacaq

Afroamerikalı diaspor sənətçilərinin "Studio Museum"u payızda açılacaq

14:20 7 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər