“Ulduz” jurnalının xüsusi nömrəsi işıq üzü gördü

“Ulduz” jurnalının xüsusi nömrəsi işıq üzü gördü
4 dekabr 2024
# 12:30

“Ulduz” jurnalının dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi noyabr-dekabr nömrəsi çapdan çıxıb.

Kulis.az xəbər verir ki, jurnal dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə açılır.

Sonrakı səhifədə Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə söylədiyi nitqin mətni verilib. Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” başlıqlı yazıları yer alıb. Bu nömrədə Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Vahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi” sərlövhəli yazılarını oxuya bilərsiniz. Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş - ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” adlı yazılarında dahi şairin yaradıcılığından söz açılır.

Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər təqdim olunur.

“Dərgidə sərgi”də Əfşan Rafaelqızının əsərləri yer alıb.

“Ulduz” jurnalının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin və “Təhsil” nəşriyyatının birgə layihəsi olan xüsusi nömrəsinin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.

# 1681 dəfə oxunub

Oxşar xəbərlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." -  Tanınmış ingilis yazıçıdan aforizmlər

"Evlilik müharibəyə getmək kimi bir macəradır..." - Tanınmış ingilis yazıçıdan aforizmlər

13:30 14 iyun 2026
Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu  nədə ittiham edirdilər?

Sürgündə vəfat edən Cümhuriyyət naziri - Onu nədə ittiham edirdilər?

11:30 14 iyun 2026
Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər