Türkiyədə daha 14 məşhur narkotik ittihamı ilə tutuldu

Türkiyədə daha 14 məşhur narkotik ittihamı ilə tutuldu
9 aprel 2026
# 11:02

Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatları davam edir.

Kulis.az xəbər verir ki, istintaq çərçivəsində bu gün səhər saatlarında növbəti əməliyyat keçirilib və 14 tanınmış şəxs haqqında saxlanılma qərarı verilib.

Saxlanılması qərara alınan şəxslər arasında Hafsanur Sancaktutan, Emir Can İğrək, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özənc Ünsal, Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu (Norm Ender) və Enes Gülər yer alır.

Baş Prokurorluğun açıqlamasında bildirilib ki, şübhəlilərdən 11-i saxlanılıb, 2 nəfər qaçıb, 1 nəfərin isə xaricdə olduğu müəyyən edilib.

Məlumata görə, Somer Sivrioğlu, Sinem Özənc Ünsal və Ahsen Eroğlunun saxlanılması hələlik mümkün olmayıb. İstintaq tədbirləri davam etdirilir.

# 1261 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər