Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir

Toydan çıxarkən bıçaqlandı - Davulçu keçmiş sevgilisindən şikayətçidir
10 fevral 2026
# 12:39

Fevralın 1-də Şəmkirdə keçmiş sevgilisi tərəfindən bıçaqlanan Səkinə İmamquliyeva qarşı tərəfin onun taleyinə və müalicəsinə biganə yanaşdığını bildirir.

Kulis.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 33 yaşlı qadın musiqiçi (davulçu) olduğunu və hadisənin də toyun keçirildiyi şadlıq evinin qarşısında baş verdiyini deyib.

“Hadisə fevralın 1-də saat 19:00 radələrində yaşadığım Gəncə şəhərindən Şəmkirə dəvət edildiyim toy mərasimindən çıxarkən baş verdi. Şadlıq evinin qarşısında maşınıma minərkən əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığım Əli Kamran oğlu Əsgərov qəfil hücum etdi. O, gözlənilmədən maşınıma yaxınlaşdı, sağ ön qapını açaraq boğazımdan tutub boğmağa çalışdı. Daha sonra cibindən bıçaq çıxarıb 4 dəfə zərbə endirdi. Zərbələrdən biri ürək nahiyəmə, üçü isə sol qoluma dəydi. Həmin vaxt bıçaq qırılaraq döş qəfəsimdə qaldı, yoxsa daha çox zərbə endirib məni öldürə də bilərdi, çünki bıçaqla ardıcıl olaraq məni vururdu. Bıçağın qırıldığını, ətrafdakı insanların səs-küyə gəldiyini görərək qaçıb getdi”, - şikayətçi bildirib.

S.İmamquliyeva qeyd edib ki, hadisəyə səbəb onun sevgilisindən ayrılması olub:

“Artıq münasibətimiz bitmişdi. Əli Əsgərov ayrılıqdan sonra məni mütəmadi izləyir, hədə-qorxu gəlirdi. Məni bıçaqlayandan sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Beynəlxalq Xəstəxanasına aparılaraq əməliyyat olundum. Döş qəfəsimdə qırılıb qalan bıçağın kəsici hissəsi əməliyyatla bədənimdən xaric edildi. Hazırda səhhətimdə yaranmış ağır fəsadlar səbəbindən işləyə bilmirəm. Bu hadisəyə görə külli miqdarda maddi-mənəvi zərərlə üzləşmişəm, qarşı tərəf isə heç maraqlanmır. Hadisəni törədən şəxsin saxlanıldığı bildirilsə də, istintaqın gedişindən də məlumatsızam. Qarşı tərəf imkanlıdır və təsir imkanları çoxdur. Həyatıma hər an təhlükə ola bilər. Bu işin ədalətli araşdırılmasını və təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılıb.

“Ekspertiza rəyinə görə, hadisə zamanı kəsici-deşici alətlə yüngül bədən xəsarəti yetirilməsi faktı təsdiqlənib. Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, - DİN rəsmisi əlavə edib.

# 653 dəfə oxunub

Oxşar xəbərlər

“İpək Yolları Gənclərin Gözü ilə”  beynəlxalq foto müsabiqəsinə başlanıldı

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanıldı

17:00 27 may 2026
Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu

16:30 27 may 2026
"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..."

16:00 27 may 2026
Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

Metyu Perrinin ölüm işində şok detallar - Köməkçisi sübutları belə məhv edib

15:30 27 may 2026
Məşhur aktyora qarşı zorakılıq ittihamı

Məşhur aktyora qarşı zorakılıq ittihamı

13:40 27 may 2026
Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət edildi

11:30 27 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər