Teyyub Aslanov ilə Gəncədə görüş keçirilib

Teyyub Aslanov ilə Gəncədə görüş keçirilib
10 aprel 2025
# 12:11

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə cari ilin 9 aprel tarixində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Muğam sənəti” kafedrasının müdiri, xanəndə Teyyub Aslanovun iştirakı ilə keçirilib.

Kulis.az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutmuş görüşdə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov iştirakçıları salamlayaraq layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar.

Riad Cəbrayılovun moderatorluğu ilə baş tutan tədbirdə Teyyub Aslanov muğam ifaçılığı sənətinin tarixi və inkişaf istiqamətlərindən, muğam nümunələrinin əhəmiyyətindən, gənclər arasında sənətin təbliğindən və metodoloji əsaslı tədrisdən söhbət açıb.

Tədbirdə Gəncə, Goranboy, Samux rayonlarının Uşaq Musiqi Məktəblərində təhsil alan şagirdlər – İlahə Mehdiyeva, Rəvan Ağayev, Elxan Babazadə və Hüseyn Qələndərlinin ifasında müxtəlif muğam parçaları səslənib.

Xalq artisti Teyyub Aslanov tələbəsi Ramil Hümbətli ilə birlikdə “Bayatı-şiraz” muğam dəstgahını ustad dərsi formatında təqdim ediblər. İfaçıları kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Ruslan Zərbalıyev müşayiət ediblər.

İnteraktiv formatlı görüşdə həmçinin Gəncə, Goranboy, Samux, Göygöl, Naftalan və Daşkəsən musiqi və incəsənət məktəblərinin şagirdlərini və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sözügedən tədbir MEMİM-in təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 8-12 aprel tarixlərində Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər proqramı çərçivəsində həyata keçirilib.

# 1491 dəfə oxunub

Oxşar xəbərlər

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər