Teymur bəy Bayraməlibəyovdan bəhs edən sənədli filmin təqdimatı olacaq

Teymur bəy Bayraməlibəyov,  maarifçi, etnoqraf-tarixçi

Teymur bəy Bayraməlibəyov, maarifçi, etnoqraf-tarixçi

26 avqust 2022
# 18:15

Avqustun 27-də Nizami Kino Mərkəzində Böyük mütəfəkkir, maarifçi, pedaqoq, tarixçi-etnoqraf, ictimai-siyasi xadim Teymur bəy Bayraməlibəyovun həyat və yaradıcılığına həsr olunmuş “Nurlu yol” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, film “Masal prodakşn” tərəfindən istehsal olunub.

Teymur bəy Bayraməlibəyovun 160 illik yubileyi ərəfəsində ərsəyə gələn sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzədir.

Böyük ziyalı, görkəmli maarifçi, etnoqraf-tarixçi, Cümhuriyyət dövrünün böyük mübarizi, Həsən bəy Zərdabi yolunun etibarlı davamçısı Teymur bəy Bayraməlibəyov 160 il əvvəl Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya gəlib. Teymur ilk təhsilini Qızılağac və Yeddioymağın molla məktəblərində alıb. Mollaxanada dini təhsil alan və dünyəvi elmlərlə tanış olan Teymur Lənkəranda ikisinifli rus məktəbinə daxil olur. Gənc Teymur Tiflisdə həm feldşer məktəbini, həm də Qori Müəllimlər Seminariyasında da oxuyur. Seminariyanın ilk üç azərbaycanlı tələbəsindən biri Teymur olub.

1911-ci ildə Teymur bəyin pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli şəkildə qeyd olunub. Bu, o dövr üçün böyük hadisə idi. Teymur bəy bir az da irəli gedərək daha bir uğura imza atır. Lənkəranda Ünas (Qızlar) məktəbinin açılmasına nail olur.

Teymur bəy Lənkərandan sonra fəaliyyətini Bakıda davam etdirib. Bölgənin tarixi, etnoqrafiyası və folkloru ilə bağlı ən uğurlu əsərlərin müəllifi kimi şöhrət qazanıb. Ona bu məsul işdə yardım edənlər doğmaları olub.

# 2129 dəfə oxunub

Oxşar xəbərlər

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:16 28 fevral 2026
Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

Əlimizdə çarə yox, cəmiyyəti sel aparıb - Aliminə, ağsaqqalına lağ edən naqqallar

10:26 28 fevral 2026
Məşhur meyxanaçı vəfat etdi

Məşhur meyxanaçı vəfat etdi

09:54 28 fevral 2026
Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi anıldı

17:40 27 fevral 2026
İspaniya "Avroviziya"  qaydalarını dəyişmək istəyir

İspaniya "Avroviziya" qaydalarını dəyişmək istəyir

16:40 27 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər