Tələt Rəhmanovun anım günüdür

Tələt Rəhmanovun anım günüdür
13 noyabr 2023
# 16:50

Bu gün mərhum aktyor Tələt Rəhmanovun anım günüdür.

Kulis.az xəbər verir ki, Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb.

Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar “Qaynana”da Əli, “Sehirli xalat”da “milisoner”, “Arşın mal alan”da nökər Vəli, “Uzaq sahillərdə”də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur və s. tamaşaçıların yaddaşında silinməz iz qoyub.

Aktyor ölümündən bir müddət əvvəl infarkt keçirib. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlib. Dəniz kənarında olan çəkilişdən ağız dolu danışıb. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayıb. Həyat yoldaşı deyib ki, “ay Tələt, bəsdi də aktyorluq elədin”. Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olub. Tələt Rəhmanov 1993-cü il noyabrın 13-də dünyasını dəyişib.

# 3241 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissor xəbərdarlıq etdi – Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi – Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər