SSRİ bayrağı qaldıran sədr: "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."

SSRİ bayrağı qaldıran sədr:  "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."
13 may 2025
# 18:19

9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb.

Kulis.az xəbər verir ki, hadisə İmişli rayonunun Sarıxanlı kəndində baş verib.

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib, "Den Pobedı" ("Qələbə Günü") mahnısı səsləndirilib.

Saleh Səmədovun sözlərinə görə, burada heç bir pis şey yoxdur:

"Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır... Bir dövlət yoxdursa, bayrağı ola bilərmi?! Bu, sadəcə, bizim tariximizdir. Burada nə var ki?!"

Sədr qeyd edib ki, Azərbaycan bayrağından uca bayraq yoxdur:

"Cavan nəsil o bayrağı bilmir, biz isə o bayrağın sədaları altında doğulmuşuq, bayramlarımız da o bayraq altında keçib. Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. "Georgi lenti" də rəmzdir, ona görə də taxmışdım. Azərbaycan bayrağından uca bayraq yoxdur. Burada Türkiyə bayrağı da dalğalanır, bəs ona niyə bir söz demirsiniz?! SSRİ bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o zaman Türkiyə bayrağına niyə qarışmırsınız?!"

Modern.az

# 3998 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər