Sofiyada “Min bir gecə” baleti səhnələşdirildi

Sofiyada “Min bir gecə” baleti səhnələşdirildi
1 iyun 2022
# 10:40

31 may 2022 may tarixində Sofiya Opera və Balet Teatrında Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə dahi bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti səhnələşdirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə keçirilın qala balet gecəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstan Respublikası xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Bolqarıstan rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, çoxsaylı izləyicilər iştirak edib.


Gecənin açılışında çıxış edən nazir Ceyhun Bayramov müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə elan edilən Azərbaycan Demokratik Respublikası olduğunu, 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etdiyini və üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Azərbaycanın multikulturalizm ənənələrinə hər zaman sadiq olduğunu və bu gün nümayiş etdirilən baletin də məhz Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə layihəsi olaraq multikulturalizm nümunəsi olduğunu bildirib.

Nazir T. Gençovska Azərbaycanı Müstəqillik Günü və diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib və balet qala gecəsinin təşkilinin, eyni zamanda mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafına töhfə olduğunu bildirib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva 100 illiyini qeyd etdiyimiz Fikrət Əmirovun yalnız Azərbaycanın deyil, bütün türk dünyasının dahi bəstəkarı olduğunu qeyd edib və balet qalasının həm də türk mədəniyyətinin təşviq edilməsi baxımından əhəmiyyətli olduğunu səsləndirib.

Dirijor Eyyub Quliyevin bələdçiliyi, Eldar Əliyevin xoreoqrafiyası əsasında səhnələşdirilən baletdə bolqar balet rəqqasları izləyicilərə unudulmaz qala gecəsi yaşadıblar. Böyük marağa səbəb olan və çoşqu ilə qarşılanan balet tamaşasında anşlaq olub.

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

16:00 1 oktyabr 2026
Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

15:30 1 oktyabr 2026
Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi...  - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi... - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

15:29 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər