“Simurq” uşaq musiqi festivalının mükafatlandırma mərasimi oldu

“Simurq” uşaq musiqi festivalının mükafatlandırma mərasimi oldu
12 yanvar 2026
# 15:30

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqi zalında “Simurq” uşaq musiqi festivalının qala-konserti və mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, layihənin müəllifi və rəhbəri, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadə və Xalq artisti, pianoçu Yeganə Axundova iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, layihə iştirakçıları müxtəlif ölkələrdən olan tanınmış, peşəkar pedaqoqların, musiqiçilərin ustad dərslərində iştirak ediblər. Həmçinin gənc ifaçılara peşəkar səhnə davranışına dair təlimlər keçirilib.

Sonra Səidə Tağı-zadə iştirakçılara diplom və sertifikatlar təqdim edib.

İştirakçılardan İnci Hümbətova, Uğur Nəbi, Fəxriyyə İsgəndərova, Xədicə Cahangirova, Pərviz Bağırov, Viktoriya Abbasova, Suada İşıkkent və Fidan İbrahimovaya sertifikatlar təqdim olunub. III dərəcəli mükafatlar İnci Həsənli və İnci Abbasova Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solo konsertlərində, müxtəlif layihələrdə, eləcə də gələcək master-klaslarda iştirak hüququ qazanıblar. II dərəcəli mükafatın sahibi Nuray Şahməmmədli Monteneqroda keçirilən Mira Marçenkonun yay məktəbinə səfər, I yerin sahibi Aydan Nuriyeva isə Parisdə Azərbaycan evində solo konsert proqramı ilə çıxış etmək hüququ qazanıb.

Daha sonra layihənin qalibləri, eləcə də Yevgeniya Epşteyn (İsrail-Xorvatiya) və Səidə Tağı-zadə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edib.

# 1102 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər