Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına qəbul başlandı

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına qəbul başlandı
20 fevral 2023
# 10:00

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı üçün sənədli film qəbulu açıq elan olunur


Kulis.az xəbər verir ki, bu il dördüncü dəfə baş tutacaq festival bu ilki proqramda iştirak üçün dünyanın hər yerindən filmlərin qəbulunu açıq elan edir. Sənədli janrda olması mütləq olan filmlər “FilmFreeway” ( https://filmfreeway.com/Sevilfilmfest) platforması vasitəsilə qəbul edilir.

Aşağıdakı tələblərdən ən azı birinə cavab verən filmlər Sevilfest 2023-də iştirak etmək üçün qəbul edilir:

- Qadın rejissorların müəlliflik etdiyi və ya birgə rejissorluq etdiyi müstəqil filmlər

- Filmin baş qəhrəmanı qadındır

- Filmin məzmunu qadınlar və onların həyatına təsir edən məsələlərdən ibarətdir

- Filmdə qadınların uğur hekayələri, gender bərabərliyi, qadınların cəmiyyətdəki rolu, məişət zorakılığı və gender kontekstində digər münasib mövzular hər hansı şəkildə vurğulanır.

Biz xüsusi olaraq LGBTQI+ əlilliyi olan və hər bir yaş kateqoriyasından olan insanları müsabiqəyə müraciət etməyə təşviq edirik.

Göndərilən filmlər seçki komissiyası tərəfindən dəyərləndiriləcək və seçilən filmlər aşağıdakı nominasiyalar üzrə müsabiqə proqramında iştirak edəcək.

“Ən yaxşı uzunmetraj sənədli film”

“Ən yaxşı beynəlxalq qısametraj sənədli film”

“Ən yaxşı yerli qısametraj sənədli film”

Bu il festivalda “tamaşaçı mükafatı” da yer alır. Bu mükafat tamaşaçılar tərəfindən səsvermə yolu ilə seçiləcək.

Qeyd edək ki, “Sevilfest”-in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlıq nəticəsində festivalın ötən ilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”-da iştirak haqqı qazanıb.

Qeyd edək ki, adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

Mətnin ingilis dilində versiyası

Submissions are now open for the 2023 edition of the Sevil Film Festival.
Films fit at least one of the following requirements are welcomed to participate in Sevilfest 2023:

- Independent films that are directed or co-directed by women identified filmmakers.

- The main character of the film is a woman

- The content of the film is about women and the issues that affect their lives.

- Film highlights any gender-related topic, including women’s success stories, femicides, domestic violence, abortion, gender equality, role of the women in society, etc.

We highly encourage LGBTQI+, differently abled, and older women to submit.

# 1990 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

20:00 26 aprel 2026
Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi

Barat Vüsalın 75 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirildi

15:40 26 aprel 2026
Laslo Krasnahorkai:  "Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur..." - Müsahibə

Laslo Krasnahorkai: "Düzünü desəm, o qədər də böyük ədəbiyyatımız yoxdur..." - Müsahibə

12:00 26 aprel 2026
"İncə xətlər, dərin düşüncələr..."  - Özbək professorun ustad dərsindən qeydlər

"İncə xətlər, dərin düşüncələr..." - Özbək professorun ustad dərsindən qeydlər

10:00 26 aprel 2026
Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

Kimsəsiz adada 28 il... - Orijinal adı 25 sözdən ibarət olan "Robinzon Kruzo" haqqında maraqlı faktlar

16:00 25 aprel 2026
Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çap ediləcək

14:00 25 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər