Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm müsabiqəsi - “Tablolarda nağıllar”

Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm müsabiqəsi - “Tablolarda nağıllar”
10 oktyabr 2024
# 17:00

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsi elan olunur.

Kulis.az xəbər verir ki, müsabiqədə 18-30 yaş arası gənc rəssamlar iştirak edə bilər.

Müsabiqənin mövzusu Azərbaycanın xalq nağıllarının təsviri sənətdə tətbiqidir.

Müsabiqədə iştirak etmək istəyən rəssamlar Azərbaycanın şifahi xalq ədəbiyyatından götürülmüş müxtəlif epizodların (hadisələrin), obrazların əks olunduğu əsərləri ilə müraciət edə bilər.

İştirakçılardan müsabiqə-sərgiyə təqdim edəcəkləri işlər haqqında məlumatları 25 noyabr 2024-cü il tarixinədək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Mövzu üzrə hazır, orijinal əsərlər haqqında dəqiq məlumatlarda - əsərin fotosu, müəllifin ad və soyadı, təvəllüdü, əlaqə nömrəsi, əsərin adı, ölçüsü, texnikası, həmçinin əsərin yaradılma ili qeyd edilməlidir. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.

Seçim üçün elektron ünvana məlumat göndərən rəssamlardan əlaqə nömrələrini qeyd etmələri xahiş olunur.

Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı 2 rəsm işi göndərə bilər.

Orta və böyük ölçülü əsərlərə üstünlük veriləcək (Məsələn: 60x70, 70x90, 100x100 sm və s.). Əsərlərin səliqəli və çərçivələnmiş olması vacibdir.

Əsərlərin ilkin seçim mərhələsi onlayn qaydada aparılacaq. Daha sonra seçilmiş əsərlərdən müsabiqənin qaliblərinin müəyyənləşdirilməsi professional rəssamlardan ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir.

Əsəri sərgilənən hər bir iştirakçıya sertifikat, qaliblərə isə diplom və dəyərli hədiyyələr (birinci, ikinci və üçüncü yer üçün) təqdim olunacaq.

Sərginin keçirilmə məkanı və tarixi barədə iştirakçılara məlumat veriləcək. Seçilmiş əsərlər 6 dekabr 2024-cü il tarixinə qədər sərgininin keçiriləcəyi ünvana çatdırılmalıdır.

# 2461 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər