Şərif Ağayar: “Elçin Əlibəyli efirdə mənim qeybətimi edir”

Şərif Ağayar:  “Elçin Əlibəyli efirdə mənim qeybətimi edir”
11 fevral 2025
# 12:20

Yazıçı Şərif Ağayar aparıcı Elçin Əlibəyli ilə bağlı öz narazılığını bildirib.

Kulis.az xəbər verir ki, Şərif Ağayar Elçin Əlibəylinin hər fürsətdə efirdə onun haqqında qeybət etdiyini deyib.

"Aparıcı Elçin Əlibəyli hər imkan düşdükcə efirdən mənim qeybətimi eləyir. Bəli. Efirdə də qeybət olur. Səviyyəni aşağı salanda... Xoşqədəmləşəndə... Yalan danışanda... Səməd Vurğun haqqında verilişdə də dönə-dönə dirəşir ki, guya mən “Səməd Vurğun məktəbi pis məktəbdir” demişəm. Harda? Nə vaxt? Ümumiyyətlə, “Pis məktəb” nə deməkdir? Məktəb ya var, ya da yoxdur, bir şey pisdirsə məktəbə çevrilə bilməz, uzağı pis ənənə ola bilər. Yox? Səməd Vurğun haqqında sərt tənqidi fikirlərim olub, yenə də ona münasibətim birmənalı deyil, lakin sənətkarlığını heç vaxt danmamışam, nəinki bugünkü şeirimizin, hətta nəsrimizin və publisistikamızın dili onun dilidir və bu dil çox gözəldir, demişəm... Anar müəllim kimi yaşlandıqca bədxahlarımın sayı artır."

Çox keçmədən Elçin Əlibəyli haqqında deyilənlərə münasibət bildirib:

"Mən səni ağıllı adam sanmışam, yazılarını da izləmişəm. Təxminən, 12 il öncə Səməd Vurğun haqqında yazmışdın ki, ondan sonra gələnlər Vurğunun etdiyinin daha pisini para müqabilində edərlər. Yəni, pis əməlin davamçıları Səmədə baxıb, daha pis yetişdi. İllər keçib, ola bilər, yanlış yadda qalıb. Mən səhvimi etiraf etməyi bacarıram. Amma bunu təhqir adlandırmaq və ya "malışları", tənqid quşlarını səfərbər etmədən də demək olar, mən də düzəliş edərəm".

Bəs, Elçin Əlibəylinin bu cavabına Şərif Ağayarın reaksiyası nə olub?

"Elçin Əlibəyli, heç vaxt kiməsə qarşı kampaniya aparmamışam. O cümlədən də sənə. Bəli, Səməd Vurğunu tənqid etmişəm. Orada söhbət onun siyasi mövqeyindən, tanrının verdiyi istedadı şeytana xərcləməsindən gedib. Mən də səni bir TV mütəxəssisi kimi həmişə yüksək qiymətləndirmişəm və yenə o fikirdəyəm. Şoulaşan efirdəki çətinliklərini də bilirəm. Bəli, çətin məqamlarda bizim yanımızda olmusan. Gənclərə, azad qələm adamlarına əlindən gəldiyi qədər yer də vermisən. Bunu dansam, nankorluq olar. Amma hansısa bir yazını, hansısa bir tənqidi ifrat dərəcədə ciddiyə alıb kampaniya hesab etməyin və bunun üçün efirdən mənə atmacalar atmağın da yaxşı deyil. Demirəm, etmə, et, amma dəqiq olsun. Sən mənim üçün həmişə dəyərli mütəxəssiss olmusan. İrad bildirdiyim məqamların buna təsiri ola bilməz. Olsa da, müsbət cəhətdən olar. Bu verilişin də insafən maraqlıdır. Məni isə dürüst görməyə çalış. Onsuz da dəyərsizlərin əhatəsindəyik, dəyərlilər də belə etdisə, işimiz Allaha qalır".

Qeyd edək ki, Elçin Əlibəyli 2023-cü ildən Baku TV Qərbi Azərbaycan Departamentində müəllif və aparıcı kimi çalışır.
Şərif Ağayar isə "Qanun nəşriyyatı"nın redaktoru kimi fəaliyyət göstərir.

# 3244 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər