Sənədli Film Festivalında Azərbaycan filmləri göstəriləcək

Sənədli Film Festivalında Azərbaycan filmləri göstəriləcək
12 avqust 2022
# 17:40

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalını rəngarəng etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə xarici ölkələrdən qonaqlar dəvət olunub. Məqsədimiz xaricdə nüfuzlu festivallarda yer tutmuş film yaradıcıları ilə yerli rejissorlar arasında təcrübə mübadiləsini sürətləndirməkdir.

Kulis.az xəbər verir ki, bu sözləri III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalın təsisçisi Aygün Rəşidova festivalla bağlı keçirilən mətbuat konfransında deyib.

“Çox zaman kinosevərlər xarici festivallarda iştirak edən yerli filmlərimizdən xəbərsiz olur. Bu məqsədlə builki proqrama “festivaldan seçmələr” bölümü daxil edilib. Bu bölümdə dünyada nüfuzlu festivallarda qalib gəlmiş Azərbaycan dilində altyazıları ilə 9 seçilmiş film nümayiş olunacaq”, - deyə Aygün Rəşidova bildirib.

Bildirib ki, festivala 90 ölkədən 300-ə yaxın müraciət olunub, onlardan 6 tammetrajlı, 6 qısametrajlı və 6 yerli filmlər seçilib.

Qeyd edək ki, festivalın maliyyə dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı və ABŞ Beynəlxalq İnkişaf Agentliyidir.

# 2539 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər