Şəhidlərin adından istifadə edən Elnarə

Şəhidlərin adından istifadə edən Elnarə
28 avqust 2023
# 16:32

Kulis.az İlkin Özün “Şöhrətpərəstlik travması” adlı yeni yazısını təqdim edir.

"Deyəsən şöhrəti çox sevir qadın,
Ah mənsəb, ah şöhrət, yaranmasaydın!"

Səməd Vurğun

Müğənni Elnarə Xəlilova Şuşadakı məsciddən video yayımılayıb. Əlbəttə, onun hərəkəti tənqidlərə səbəb olub. Təəccüblənmirəm, adi haldır. Sənət sahələrinin əksəriyyətində vəziyyət bu cürdür.

Səbəbi isə hər kəsə məlumdur: Reytinq qazanmaq, gündəmə gəlmək.
Çoxu gündəmə gəlmək üçün min oyundan çıxır. Bu yaxınlarda məşhur bloger “Nikosayağı”nın keçirdiyi ağır qəzadan neçə-neçə dırnaqarası tiktoker, videobloger “qaz vurub, qazan doldurdu”.

Əsl mahiyyətimiz budur. Bir nəfər yerdə qıvranır, biz isə onun videosunu çəkib paylaşırıq ki, sosial şəbəkələrdə “partalyış” edək.
Ya güclü istedadın olmalıdır ki, insanlar səni tanısın, ya da bir vasitəyələ özünü camaatın gözünə soxmalısan. Necə olur-olsun, əsas odur, məşhurlaşasan.

Qayıdak əvvəlki xəbərə.
Əvvəla, dəyərli müğənnimizə kimsə izah etməlidir ki, video çəkib yayımladığı yer ibadətgahdır, səhnə deyil, ikincisi də, onun “səmimiyyət”i elə gözlərindən oxunur.
Hər şeydən əvvəl şəhidlərimizin ruhuna hörmətsizlikdir.

Üçüncüsü, məqsəd, doğrudan da, ziyarətdirsə, onda niyə başını matryoşka kimi bağlamışdı? Niyə rəngarəng dırnaqlarını, burnundakı pirsinqi reklam edirdi?
Reytinq xatirinə şəhidlərin adından istifadə etmək nə dərəcədə doğrudur?
Məncə, bu dua heç Allahın özünə də lazım deyil!

Yəqin ki, sevimli müğənni alqış gözləyirdi. Ancaq tənqid edildi. Tənqid edilsə də, gündəmdədir. Təbrik edirəm.
Yaxşı, əzizi müğənni, nənəmin sözü olmasın, bəs niyə “qabaqdan gəlmişlik edirsiniz”, çulunuzu sudan quru çıxarmağa çalışırsınız?
“Sizi qınamıram, beyninizdəki manikürdür. O boyda videoda gözünüzə girən manikür oldu?! Şuşada salon tapıb dırnaq gelini çıxartdırmalı idim? Sizin başınız, beyniniz harada pozuldu? Dırnaqdan, pirsinqdən başqa ağrını-acını görmədiniz? Necə bu qədər azğınlaşdınız?”

Beynimizdəki manikürdür? Bu nə mənasız arqumentdir? Görünür, Elnarə xanım hələ niyə qınandığını başa düşmür. Üstəlik, hansı ağrı-acıdan danışır, bilmirəm. Mən o videoda ağrı-filan görmədim.

Sənətçimiz elə düşünür ki, insanlar onu manikürünə, pirsinqinə görə tənqid edirlər. Axı o özü də yaxşı bilir ki, əsas məsələ qeyri-səmimilik, saxta göz yaşları, saxta dualardır.

İnsanları avam yerinə qoymaq lazım deyil. “Din”, “şəhidlər” - həssas mövzulardır. Timsah göz yaşları ilə manipuliyasiya, əlbəttə, narazılıqlara səbəb olacaq...

Şuşaya ibadət məqsədilə getmədiyiniz hamıya məlumdur.

Şuşada salon axtarmaq lazım deyil. Əgər həqiqətən belə bir məqsədiniz vardısa, əvvəlcədən hazırlaşmalıydınız.

Müvafiq tədbir görülməlidir.
Gərək nə Şuşa, nə də şəhidlər bu cür anıla...

# 6771 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər