“Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi

“Sandıq”  Milli Geyimlər Studiyasının açılış mərasimi keçirildi
26 noyabr 2024
# 17:37

26 noyabr 2024-cü il tarixində Beyləqan rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının zəngin mədəni irsini təbliğ etmək məqsədilə yaradılan “Sandıq” Milli Geyimlər Studiyasının açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Beyləqan rayon İcra Hakimiyyətinin rəhbərliyi, Xalq rəssamı Arif Hüseynov və digər incəsənət xadimləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirakçılara, “Sandıq” Milli Geyimlər Studiyasının fəaliyyəti barədə geniş məlumat verilib. Slayd təqdimatında studiyanın məqsədlərindən, fəaliyyət sahələrindən və xidmətlərindən bəhs edilib. Burada həmçinin, milli geyimlərin peşəkar dizaynerlər tərəfindən hazırlanacağı, əl işi naxışlarla bəzədiləcəyi və bu geyimlərin müxtəlif tədbirlər üçün istifadə olunacağı qeyd edilib.

Eyni zamanda, bildirilib ki, “Sandıq” Milli Geyimlər Studiyası milli geyim ənənələrimizin qorunması, yaşadılması və təbliği istiqamətində müasir tələblərə uyğun bir mərkəz kimi fəaliyyət göstərəcək. Studiya həm tarixi milli geyimlərin istehsalı və icarəsini təmin edəcək, həm də region əhalisinin milli geyimlərə olan tələbatını qarşılayacaq.

Daha sonra qonaqlar studiyada tarixi ənənələrimizi əks etdirən əlvan naxışlarla bəzədilmiş milli geyim nümunələri ilə tanış olublar.

Tədbir rəsmi çıxışlarla davam edib. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xalq rəssamı Arif Hüseynov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, belə bir mərkəzin yaradılmasının Azərbaycan xalqının tarixi-mədəni yaşam təcrübəsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, qloballaşmanın mədəni ənənələri sıxışdırdığı müasir dövrdə bu cür təşəbbüslər milli dəyərlərimizin yaşadılmasında vacib rol oynayır.

Tədbir çərçivəsində iştirakçılara çay-kofe fasiləsi təqdim olunub, tar və kamança müşayiətində milli musiqilər səsləndirilib.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək “Sandıq” Milli Geyimlər Studiyasının yaradılmasında dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib. O, studiyanın milli geyim ənənələrinin yaşadılması və inkişaf etdirilməsində yeni imkanlar açacağına əminliyini ifadə edib.

Tədbir Azərbaycanın mədəni irsinə dəyər verən bütün iştirakçıların alqışları və yüksək qiymətləndirməsi ilə yekunlaşıb.

# 2448 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər