Şahzadə Diananın son anları - Ölümündən 5 dəqiqə əvvəl...

Şahzadə Diananın son anları -  Ölümündən 5 dəqiqə əvvəl...
1 sentyabr 2025
# 12:15

Şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə baş verən avtomobil qəzasında həlak olub. Cəmi 36 yaşında dünyasını dəyişən Diana milyonlarla insanın yaddaşında faciəli ölümü ilə iz qoyub.

Kulis.az xəbər verir ki, qəza həmin gecə Parisin Pont de l'Alma tunelində baş verib. Diananın olduğu avtomobil baryerlərə çırpılıb. Sürücü Anri Pol və şahzadənin yaxın dostu Dodi Fayed hadisə yerində həyatını itiriblər.

O gecə hadisə yerinə ilk çatanlardan biri yanğınsöndürən Ksavye Qurmelon olub. O, şahzadənin son anlarının şahidi olduğunu bildirərək deyib:

“Arxa oturacaqda oturan sarışın qadının kimliyindən xəbərsiz idim. Huşu yerində idi, danışa bilirdi. Onun əlini tutub sakitləşməsini istədim. Bir müddət sonra ürək tutması keçirdi. Ürəyini masaj etdim və qısa müddət sonra yenidən nəfəs aldı. Ambulansa aparılanda sağ idi, amma xəstəxanada vəfat etdi. Həmin gecə hələ də yadımdan çıxmır”.

Diananın qəzası barədə xəbər alan paparazzilər dərhal hadisə yerinə axışaraq kömək etmək əvəzinə şahzadəni çəkməyə çalışıblar. Onların bu hərəkəti cəmiyyətdə böyük qəzəb doğurub və uzun müddət müzakirə mövzusu olub.

# 1731 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər