Sahib olduğum hər bir şeyə günəş işıq salır... - Allen Qinzberq

Sahib olduğum hər bir şeyə günəş işıq salır... - Allen Qinzberq
13 iyul 2026
# 11:15

Kulis.az tanınmış amerikalı şair və Bit cərəyanının qurucularından biri Allen Qinzberqin şeirini Svetlana Quliyevanın tərcüməsində təqdim edir.

Bəzən gözlərim qızaranda
mən Radio binasının başına çıxıram
və gözlərimi dünyama zilləyirəm, Manhettenə −
binalarıma, məharətimi göstərdiyim küçələrimə,
çardaqlara, çarpayılara, ancaq soyuq suyu olan mənzillərə
− həmişə ağlımda olan Beşinci Avenyu aşağıda,
Qarışqa maşınlarıyla, sarı taksiləriylə, adamlarıyla
Pambıq qozası boyda.
Körpülərin mənzərəsinə, Bruklin fabriki üzərində günəşin oyanmasına,
mənim doğulduğum Nyu Jersidə batmasına
və qarışqalarla oynadığm Patersona –
15-ci küçədəki axırıncı sevgilərimə,
Aşağı İst Sayddakı böyük sevgilərimə,
Bir zamanlar Bronksda əfsanəyə çevrilmiş sevgi əlaqələrimə,
lap uzaqlara…
bu gizlənmiş küçələrin kəsişən cığırlarında
keçən ömrümə, yoxluqlarıma
və Harlemdəki ekstaz anlarıma –
sahib olduğum hər bir şeyə günəş işıq salır
üfüqə yönələn bir göz qırpımı,
sonuncu ölümsüzlüyümdə −
mövcud olan təkcə su.

Kədərli halda,
Liftə minib düşürəm
aşağı,düşünərək
və küçələrdə bütün insanların
gözlərinə, üzlərinə
zilləyərək baxışlarımı.
Sorğu-sual edərək sevənləri
və dayanaraq xəyallara dalıb
maşın, dükan, pəncərə qarşısında
sakit bir düşüncənin içində itib
Beşinci Avenyuda yuxarı-aşağı hərəkət edən maşınlar qarşımı kəsir
o anı gözləyir, haçan ki...

Evə getmək, nahar bişirmək, dinləmək
vaxtıdır radiodakı romantik müharibə xəbərlərini
... bütün hərəkətlər donur
və mən mövcudluğun müddətsiz kədərində gəzirəm,
tikililərdən mülayimlik əsir,
barmaqlarımın ucu reallığın sifətinə toxunur,
öz sifətim güzgüdəki göz yaşlarıyla cızıqlanmış
alatoranda –
burada nə şəkərə,
nə geyimə, nə də intellekt saçan
yapon abajurlarına
ehtiyacım var
Ətrafımdakı mənzərədən çaşqınlığa düşmüşəm,
Küçənin yuxarısında
Bağlamalar, qəzet-jurnal
Qalstuk, zövqünə uyğun
gözəl paltarlarla
vurnuxan kişi.
Küçələrlə üzüaşağı axan kişi və qadın
Qırmızı işıq, eyni vaxtda irəli qaçan saatlar
və səkinin kənarında hərəkətlər –

Avenyulara birləşən
kəsişən, səs-küylü, uzun-uzadı
hündür binalar tərəfindən izlənilən,
tıxaclar, bağıran maşın və mühərriklərin
əlindən xarabalıqlara döndərilən
bütün bu küçələr.
Və bunların ağrılı əksi olaraq
kənd, bu qəbiristanlıq,
bu sükut
ölüm anında, ya da dağ
hansını ki, bir kərə gördünsə,
heç zaman geri qaytara bilməyəcəyin
ya da qəlbinin dərinliyində arzulamayacağın
Manhettenin bütünlüklə yoxa çıxmalı olduğu bir yerdir.

# 266 dəfə oxunub

Oxşar xəbərlər

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
DiKapriodan yeni  layihə - Delfinlərlə bağlı

DiKapriodan yeni layihə - Delfinlərlə bağlı

13:00 14 avqust 2026
Stiven Spilberq fəxri mükafatla təltif ediləcək

Stiven Spilberq fəxri mükafatla təltif ediləcək

12:30 14 avqust 2026
"Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima?

"Məzhəb dövlətin ideoloji sütununa çevriləndə..." - Şah İsmayıl tarixi şəxsiyyətdir, yoxsa müqəddəsləşdirilmiş sima?

12:00 14 avqust 2026
Tanınmış musiqiçi  vəfat etdi – Səbəb

Tanınmış musiqiçi vəfat etdi – Səbəb

11:50 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər