"Şah Abbas Namə" tamaşasının məşqləri bitmək üzrədir

"Şah Abbas Namə"  tamaşasının məşqləri bitmək üzrədir
13 may 2025
# 11:30

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının məşqləri bitmək üzrədir.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan “Şah Abbas Namə” adlı tamaşanın səhnə məşqləri yekunlaşmaq üzrədir.

Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assisenti Fuad Cavadzadədir.

Tamaşada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər, aktyorlar Mətləb Abuşov, Kərəm Hadızadə, Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli, Səbinə Məmmədzadə, Xalidə Əlməmmədova iştirak edirlər.

Dördhissəli tarixi-psixoloji dram olan "Şah Abbas Namə" tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.

Qeyd edək ki, səhnə əsərinin premyerası 21, 22 iyun tarixlərində nəzərdə tutulub.

# 1425 dəfə oxunub

Oxşar xəbərlər

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

18:30 28 sentyabr 2026
“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

18:04 28 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

18:00 28 sentyabr 2026
Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

17:46 28 sentyabr 2026
Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

17:30 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər