Ramiz Qusarçaylının yeni kitabı çap olundu

Ramiz Qusarçaylı, şair, publisist

Ramiz Qusarçaylı, şair, publisist

8 yanvar 2022
# 14:20

Ramiz Qusarçaylının “Vətən” poetik epopeyası kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, Ramiz Qusarçaylının vətən sevgisi ilə dolub-daşan “Vətən” adlı poeması uzun illər ərzində aparılan uğurlu araşdırmaların bəhrəsi kimi xalqın milli kimliyini ehtiva edən amillərin elmi, fəlsəfi və bədii təsdiqinə xidmət edir.

Görkəmli şair Ramiz Qusarçaylının həyat və yaradıcılığı barədə zəmanəmizin məşhur söz ustaları tərəfindən beş kitab, onlarla monoqrafiya, məqalə və şeir yazılmışdır.

Sevindirici haldır ki, yaradıcılığını Azərbaycan dünyasının min illər boyu keçdiyi keşməkeşli yolun mənəvi örnəkləri zəminində quran şair vətənpərvərlik keyfiyyətlərindən doğan zəngin mənəvi dünyası, yüksək sənətkarlıq xüsusiyyətləri, mükəmməl yaradıcılıq səriştəsi, araşdırma və təhlil qabiliyyəti, sərbəst düşüncə tərzi və əqidə güvənliyi olan və özü də bu gün bütövlükdə vətəndaş şair obrazı yaşayan bir sənətkardır.

Əbədiyaşar poeziya bayrağını əlində bayraq edən şair müqəddəs Vətən sevgisindən qaynaqlanan könül duyğularını və poetik düşüncələrini “Azərbaycan bayrağı” şeirində məharətlə tərənnüm edərək mükəmməl bir əsər yarada bilmişdir.

Xalqımızın milli sərvəti və varlığının təsdiqi olan bu əsərdə Vətənimizin keçdiyi bütün tarixi mərhələlər uğurla canlandırılır, baş verən ən mühüm hadisələr, yadelli müdaxilələrə və iç savaşlara qarşı mübarizə səhnələri, qəlbi vətən eşqi ilə döyünən qeyrətli oğul və qızlarımızın fədakar döyüş əzmi ustalıqla təsvir olunur.
Vətəndaş şairin “Vətən” poemasını müasir poeziyamızın ən böyük uğurlarından biri kimi dəyərləndirir və vətən tarixi ədəbiyyatımızın ən gözəl nümunələrindən biri hesab edirik və gələcək nəsillərin milli-mənəvi sərvətinə çevriləcəyinə inanırıq.

Kitabın redaktoru:

Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov,

Ön sözün müəllifi:

Tarix elmləri doktoru, professor, şair Şahin Fazil,

Rəy müəllifləri:

Millət vəkili, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizami Cəfərov,

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Bünyadov,

AMEA-nın Nəsimi adına Dilçilik institutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli,

Tarix elmləri doktoru, professor, respublikanın əməkdar jurnalisti Qafar Cəbiyev,

İqtisad elmləri doktoru, professor, yazıçı Əlibala Məhərrəmzadə,

Tarix elmləri doktoru, professor, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətlidir.


# 3307 dəfə oxunub

Oxşar xəbərlər

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

18:30 28 sentyabr 2026
“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

18:04 28 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

18:00 28 sentyabr 2026
Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

17:46 28 sentyabr 2026
Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

17:30 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər