Qeyri-adi şəkildə vəfat edən yazıçılar - Araşdırma

Qeyri-adi şəkildə vəfat edən yazıçılar - Araşdırma
29 oktyabr 2022
# 12:00

Kulis.az ölümləri ilə diqqət çəkən yazıçı və şairləri təqdim edir:

Ədəbiyyat dünyasının melanxolik şahzadəsi: Silviya Plath

Edebiyat dünyasının melankolik prensesi: Sylvia Plath

O, ilk Amerika feminist kitabı olan “Şüşə zəng” əsərini yazmaqla ədəbiyyat tarixində özünəməxsus yer tutub. Plath qısa ömrünə bir çox dəyərli əsərləri sığdırıb. 1932-ci ildə anadan olan və sağlığında daha çox şair kimi tanınan yazıçı uşaqlıq illərində yaşadığı problemli münasibətləri də əsərlərinə daxil edib. Plathın ölümü də həyatı qədər dramatikdir. Yazıçı 1963-cü ilin fevralında övladlarını öz otaqlarında qoyub və qazın girməsinin qarşısını almaq üçün uşaq otağının qapılarını lentlə bağlayıb. Daha sonra mətbəxə keçərək qazı yandırıb, başını sobaya salaraq həyatına son qoyub. Müəllif bundan öncə də intihara cəhd edib. Lakin uğursuz alınıb.

Ölümünün qəza yoxsa sui-qəsd olduğu sual atında olan: Füruğ Fərruxzad

Furuğ Ferruhzad’ın ölümü kaza mı suikast mi?

Fərruxzad iranlı qadınlara edilən zülmlərlə cəsarətlə mübarizə aparıb və Yaxın Şərqin ən mühüm qələmlərindən birinə çevrilib. 1934-cü ildə anadan olan yazıçı təkcə İran qadınlarının deyil, bütün dünya qadınlarının səsi olmağı bacarıb.Yazıçının əsərlərindəki üsyan onun həyatından qaynaqlanır. Fərruxzadın üsyankar həyatı 32 yaşında yol qəzası ilə başa çatır. O, idarə etdiyi avtomobillə uşaq servisinə dəyməmək üçün divara çırpılıb. Bir çox mənbələr bunun qəza olduğunu bildirsə də bəziləri sui-qəsd olduğunu iddia edirlər.

Qəhvəyə olan sevgisinə görə ölən: Balzak

Balzac ve öldüren kahve tutkusu.

Biz Balzakı “Vadi zanbağı” və “Ata Qoriot” kimi ölməz əsərləri ilə tanıyırıq. Fransız ədəbiyyatının dəyərli adlarından olan Onore de Balzak öz əsərləri ilə adını ədəbiyyat tarixinə yazdırmağı bacarıb. Müəllifin müşahidə qabiliyyəti, insan ruhunu təsvir etmək gücü danılmaz faktdır. Balzakın ölümü o qədər də maraqlı olmasa da, ölüm səbəbi kifayət qədər maraqlıdır.

Balzak qəhvə aludəçiliyi ilə tanınan yazıçıdır və hətta deyir ki, yazıçı kofe içmədən əsər yarada bilməz. Qəhvə həvəskarı olan bu yazıçı 1850-ci ildə ürək çatışmazlığından vəfat edib. Onun bu xəstəliyi səbəb isə hər gün fincanlarda içdiyi qəhvə olub.


Depressiyaya məğlub olan: Virciniya Vulf

Yaşam boyunca süren bir depresyon ve Virginia Woolf

Ömürlük depressiya ilə mübarizə aparan ingilis yazıçısı Vulf sonunda yenik düşərək intihar etməyi seçib. “Özünə aid otaq”, “Dalğalar”, “Miss Dallovey” kimi ölməz əsərləri ilə ədəbiyyat tarixində özünəməxsus yer tutan yazıçının həyatı aldığı travmalara görə çox çətin keçib. Yazıçının ruh halı 1941-ci ildə daha da pisləşir və ağlını itirməkdən qorxan Vulf intihar etmək qərarına gəlib və Ouse çayına gedərək cibinə daş doldurub özünü suya buraxıb.

Beləcə məşhur yazıçı boğularaq dünyasını dəyişib. O intihar öncəsi həyat yoldaşına bu sözləri yazıb: “ Əzizim, əminəm ki, yenə dəli olmaq üzrəyəm. Artıq yaşadığım o dəhşətli vaxtlara qayıda bilmirəm. Bu dəfə sağala bilməyəcəm. Səslər eşitməyə başlayıram, diqqətimi heç nəyə cəmləyə bilmirəm. Ona görə də mən ən yaxşı bacaardığım şeyiedirəm”.

Etdiyi zarafatdan sonra ölən: Oğuz Atay

Şakanın ardından yaşanan ölüm: Oğuz Atay

Postmodern üslubda qələmə aldığı ilk əsəri “Tutunamayanlar”la ədəbiyyat aləmində yer tutan dəyərli yazıçı qısa ömründə cəmi üç əsər yazıb. Onun ölüm hekayəsi olduqca maraqlıdır. Bir gün Oğuz Atay dostu Altay Gündüzün evində duş qəbul etmək istəyir və hamama gedir. Dostları uzun müddət duşda qalan Ataya səslənir. Yazıçı isə dostlarına “sevinməyin mən hələ ölməmişəm” cümləsi ilə cavab verir. Bu cümlə yazıçının son cümləsi olur və Oğuz Atay dünyasını dəyişir.

Müharibəyə dözə bilməyən və ölməyə qərar verən müəllif: Stefan Zveyq

Savaşa dayanamayan ve ölmeye karar veren yazar: Stefan Zweig

“Şahmat” və “Amok Runner” kimi əsərləri ilə tanınan avstraliyalı yazıçı Zveyq intihar edərək ölməyi seçən yazıçılardan biridir. Əsərləri ilə uğur qazanan müəllif dünyanın ağrı-acısına dözə bilməyib. Dünyanı bürüyən müharibə, Hitler Almaniyasındakı hadisələr yazıçıya çox ağır gəlir. Hakimiyyətdə olan nasistlər evlərə od vurarkən o, özü də daxil olmaqla bir çox müəllifin kitablarını da yandırır. Zveyq bu qarışıqlıqdan uzaq dursa da, hadisələri öz daxilində hiss edir və qərar qəbul edir. Bu qərardan sonra arvadının yanına gedir və birlikdə ölməyi təklif edir. Şüşədəki zəhərdən böyük bir qurtum alır və şüşəni həyat yoldaşına verir və ona nə vaxt istəsə, yanına gələ biləcəyini deyir. O, Zveyqə “ Məni sevirsən? sualını verir. Müəllif hə cavabını verir və bu cavabdan sonra arvadı da həmin zəhərdən içərək həyatına son qoyur.

Sülh axtaran yolda ölən: Tolstoy

Huzur aranılan yolda çıkagelen ölüm: Tolstoy

İstər ictimai, istərsə də fərdi mövzularda yazılar yazan, rus ədəbiyyatının ən uğurlu yazıçılarından olan Tolstoy 82 yaşında rahatlıq tapmaq üçün ailəsindən və evindən qaçmağa qərar verir. Bu qərardan sonra Tolstoy həyat yoldaşına vida məktubu yazıb evdən qaçır. Vida məktubunda aşağıdakı cümlələr qeyd olunub: “Gedişim səni incidəcək, üzr istəyirəm, mənə inan və başqa cür edə bilməyəcəyimi başa düş.

Evdəki vəziyyətim dözülməz idi. Digər səbəblərlə yanaşı, əvvəlki kimi təmtəraqlı şəraitdə yaşamağa davam edə bilmədim. Yaşıdlarımın ənənəsinə sadiq qalaraq dünyanı tərk edib ömrümün son günlərini susqunluq və tənhalıqla keçirmək istədim”. Bir müddət sonra yoluna davam edə bilməyən Tolstoy yaxınlıqda qalmağa yer tapa bilməyib və stansiyanın yaxınlığında bir evə yerləşdirilib. Məşhur yazıçı bu balaca evdə həyata vida edib.

Çuxura düşərək ölən şair: Orhan Veli Kanık

Çukura düşerek ölen şair: Orhan Veli Kanık

“Qarip” hərəkatının qurucularından olan şair Orxan Vəli yaradıcılığa şeirlə başalayıb. 1950-ci ildə Ankaraya gedən şair burada gəzərkən çuxura düşüb və başından yaralanıb. Bu qəzadan sonra şair İstanbula qayıdır və heç nə olmamış kimi həyatına davam edir. Bir axşam dostunun evində nahar edərkən şair xəstələnir və xəstəxanaya aparılır. O, beynindəki damarın qopması səbəbindən beyin qanaması keçirir və xəstəxanaya yerləşdirildiyi axşam komaya düşərək dünyasını dəyişir.


# 2892 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #