Polad Bülbüloğlu: "65 yaşında da rəqqas olar?!"

Polad Bülbüloğlu:  "65 yaşında da rəqqas olar?!"
17 dekabr 2024
# 15:07

"Bizim rəqqaslar əvvəl 20 il işləyəndən sonra təqaüdə çıxa bilərdilər, sonra bu maddə qanundan çıxarıldı".

Kulis.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Polad Bülbüloğlu deyib.

Komitə sədri bildirib ki, indi rəqqaslar ümumi qaydada pensiyaya çıxırlar: "Yəni rəqqaslar 65 yaşa kimi rəqqaslıqla məşğul olandan sonra təqaüdə çıxırlar. Bu, gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı var ki, bu, 5 yaş azaldıla bilər. Xahiş etmişəm ki, sənədləri qaldıraq və müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər və özlərinə layiqli təqaüd alsınlar. 65 yaşında da rəqqas olar?". APA

# 2142 dəfə oxunub

Oxşar xəbərlər

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

​"Bu məsələ xaricdən sızdırılır, dövlətə güc göstərilir" – Hicab qalmaqalının pərdəarxası

14:50 11 oktyabr 2026
Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər