“Paris Notr-Dama ithaf” tamaşası nümayiş olunacaq

“Paris Notr-Dama ithaf” tamaşası nümayiş olunacaq
19 aprel 2023
# 12:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprelin 28-də “Paris Notr-Dama ithaf” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, 2019-cu ilin noyabrından repertuara daxil edilən bu səhnə əsəri davamlı olaraq çoxsaylı tamaşaçı kütləsini ətrafına toplaya bilir və teatrın ən çox tələb olunan tamaşalarının siyahısında ilk yerdə dayanır.

Dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi “Paris Notr-Dama ithaf” tamaşasının ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Tamaşada bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

“Paris Notr-Dama ithaf”da “Notre-Dame de Paris” müziklinə görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların: Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər: Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistentləri: Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist Nadir Xasıyev, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, aktyorlar: Mehriban Zalıyeva, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hüseyn Əlili, Səmədzadə Xasiyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

# 2120 dəfə oxunub

Oxşar xəbərlər

"Xəzər" jurnalının builki ilk sayı çap olundu

"Xəzər" jurnalının builki ilk sayı çap olundu

16:20 6 may 2026
Janna Friskenin məzarında qəribə hadisə - Mərhum müğənninin şəkli zərər gördü

Janna Friskenin məzarında qəribə hadisə - Mərhum müğənninin şəkli zərər gördü

14:22 6 may 2026
İran  Venesiya Biennalesində iştirakdan imtina etdi

İran Venesiya Biennalesində iştirakdan imtina etdi

14:20 6 may 2026
Nolanın yeni filmi tənqidlərə məruz qaldı

Nolanın yeni filmi tənqidlərə məruz qaldı

14:00 6 may 2026
Maddiyyat, yoxsa seçim... - Azərbaycanda evliliklər niyə azalıb?

Maddiyyat, yoxsa seçim... - Azərbaycanda evliliklər niyə azalıb?

13:22 6 may 2026
"Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir..." - Ziqmund Freyddən aforizmlər

"Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir..." - Ziqmund Freyddən aforizmlər

13:00 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər