Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirildi

Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirildi
30 may 2024
# 17:30

Norveçin paytaxt Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Deichman Björvika adlı kitabxanada Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov və Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyində "Sehrli dünya" jurnalının redaktoru Gülzar İbrahimova ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, Oslo Azərbaycan Evi, NAYO və Azərbaycan dili həftəsonu məktəbinin üzvləri iştirak etdiyi görüşdə aktyorun yaradıcılığı ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə müasir Azərbaycan dövlətinin xilası və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Xankəndinin separatçılardan təmizlənməsi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması kimi mövzulardan da bəhs edilib.

Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova uzun müddətdir Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə əməkdaşlıq edir, kitablarını hədiyyə verir.

Məktəblə əməkdaşlıq çərçivəsində yazdığı “Trolların Sirri” kitabı ilə şagirdlərin sevimlisinə çevrilən uşaq yazıçısının Norveçdəki balaca soydaşlarımız ilə görüşündə 28 May – Müstəqillik Günündən danışılıb.

# 2091 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər