Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi

Ombudsman Aparatında Xalq şairi Vahid Əziz ilə görüş keçirildi
9 yanvar 2025
# 17:06

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Azərbaycan Respublikasının Xalq şairi Vahid Əziz ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüş zamanı Ombudsman Səbinə Əliyeva görüşün keçirilməsindən məmnunluğunu ifadə edərək, müasir Azərbaycan ədəbiyyatının tanınmış şairlərindən biri olan Vahid Əzizin əsərlərinin geniş oxucu kütləsi tərəfindən sevildiyini bildirib, ona bundan sonrakı fəaliyyətində də yaradıcılıq uğurları arzulayıb.

Ombudsman milli-mənəvi dəyərlərin təbliğinin daim dövlətimizin diqqət mərkəzində saxlanıldığını, Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə göstərdiyi ali qayğının bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin, qeyri-maddi mədəni irsin qorunub saxlanılması və inkişafı istiqamətində gördüyü genişmiqyaslı işlərin bugünkü və gələcək nəsillərimiz üçün faydasından danışıb.

Xalq şairi Vahid Əziz öz növbəsində səmimi görüşün təşkilinə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib, bu cür görüşlərin ənənəyə çevrilməsinin, müxtəlif sahələrdə çalışan insanlara, elm, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqətin onların gələcək fəaliyyətində stimul yaratdığını qeyd edib.

Yekunda Vahid Əziz görüş iştirakçıları üçün seçilmiş şeirlərini səsləndirib, maraqlı fikir mübadiləsi aparılıb.

# 2152 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
Azərbaycan karikatura sənətinin banisi kimdir?

Azərbaycan karikatura sənətinin banisi kimdir?

13:20 7 may 2026
İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

İntellektual tənhalığın simvolu - Onu kim "Macarıstanın Horatsisi" adlandırmışdı?

12:51 7 may 2026
Məşhur rok qrupunun üzvü vəfat etdi

Məşhur rok qrupunun üzvü vəfat etdi

12:30 7 may 2026
1100 sevgi məktubu yazsalar da, heç vaxt görüşmədilər – Çaykovskinin həyatındakı sirli qadın kim idi?

1100 sevgi məktubu yazsalar da, heç vaxt görüşmədilər – Çaykovskinin həyatındakı sirli qadın kim idi?

11:00 7 may 2026
İsrafil İsrafilovun yeni kitabı təqdim olundu

İsrafil İsrafilovun yeni kitabı təqdim olundu

10:25 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər