Öləndən sonra bəraət alan qadın – Hekayə kimi məhkəmə işi

Öləndən sonra bəraət alan qadın – Hekayə kimi məhkəmə işi
27 mart 2023
# 17:55

Kulis.az maraqlı tarixçəsi olan cinayət işinin təfərrüatlarını təqdim edir.


Bakı Ağır Cinayətlər Məhkəməsi… Keçmiş sinif yoldaşları külli miqdarda narkotik dövriyyəsinə görə mühakimə olunurlar.

İşi məhkəmənin 41 yaşlı hakimi Əli Məmmədov araşdırır. Prosesin ilk dövrlərində 39 yaşlı məktəb yoldaşları məhkəməyə birlikdə gəlirlər.

Lakin…

İttihamda nə deyilir? Oradan başlayaq…

Elnur Bayramov və Nurlanə Nəhmətova bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşımaqda təqsirləndirilir.

Nizami rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyatla tutularaq istintaqa cəlb olunurlar.

Əvvəlcə Elnur Bayramov barəsində həbs, Nurlanə Nəhmətova barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilir. Bir neçə ay sonra Elnur Bayramov istintaq müddəti üçün azadlığa buraxılır.

Məhkəmə qurulur.

Məlum olur ki, Elnur Bayramov idmançıdır, kikboksinq üzrə bir neçə dəfə Avropa çempionu olub. O, Nurlanə Nəhmətovanı 22 ildir tanıyır, onlar orta məktəbdə sinif yoldaşı olublar. Polislər tərəfindən saxlanılana qədər isə 1 il imiş ki, Nurlanə ilə qeyri-rəsmi birlikdə yaşayırmışlar. Nurlanə Nəhmətova başqası ilə nikahdadır, 2 övladı var. Bir il əvvəl həyat yoldaşı həbs olunub, həmin vaxtdan Elnurla birlikdədir.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmir, şərlənərək həbs olunduqlarını deyirlər.

Nurlanə bir neçə dəfə Röyalə (şərti ad) adlı şəxsdən hər dəfəsində 20 manat verməklə müəyyən miqdarda narkotik aldığını boynuna alır, lakin narkotik satışı ilə məşğul olmadığını deyir. O, aldığı narkotiki Elnurla birgə qəbul etsə də, Elnur özü heç vaxt Röyalə ilə ünsiyyətdə olmayıb.

Elnur və Nurlanəni polisə nişan verən də elə Röyalə olub.

Bunu hər iki təqsirləndirilən dəfələrlə ifadələrində deyiblər.

Elnur Bayramov məhkəmə istintaqının sonunda müttəhim kürsüsündə tək qalıb…
Məhkəməyə Nurlanə Nəhmətovanın yaşadığı evdə dəm qazından boğulması barədə bildiriş daxil olub.

Bir müddət sonra onun anası hüquqi varisi kimi tanınır. Nurlanənin anası qızının adının narkotik alverçisi kimi hallanmasını qəbul etmir, layiq olduğu bəraətinin verilməsini xahiş edir.

Gözlənilən hökm:

Məhkəmə Elnur Bayramov və Nurlanə Nəhmətovanı günahsız elan edir.

Məlum olur ki, Röyalə Elnur və Nurlanəni şərləyibmiş, onlar saxlanılan gün o da şöbəyə gətirilib, amma bir müddət sonra sərbəst buraxılıb.

Elnur Bayramova bəraət verilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Nurlanə Nəhmətova isə öldüyünə görə, onunla bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Hazırladı: Sail Ağasəlim

# 2253 dəfə oxunub

Oxşar xəbərlər

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

Erməni hakim hansı bəstəkarımıza 8 il iş kəsmişdi?

18:30 30 dekabr 2025
Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

18:00 30 dekabr 2025
Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

Hər kəs tarixi öz marağına uyğun yazır... - Məşhur Filippin yazıçısından aforizmlər

17:30 30 dekabr 2025
Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə  həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb

16:50 30 dekabr 2025
Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

Məşhur amerikalı aktyor Fransa vətəndaşlığı aldı

16:10 30 dekabr 2025
Unikal tapıntı:  Antik oyun lövhəsi aşkarlandı

Unikal tapıntı: Antik oyun lövhəsi aşkarlandı

16:00 30 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər