Kulis.az Feyruz Muradovun "Oğru qadın" hekayəsini təqdim edir.
Adamlar bir çox hallarda özlərini olduqları kimi göstərmirlər. Hansısa şəxsi istəklərini həyata keçirmək üçün, xeyirxah, qayğıkeş, mərhəmətli biri kimi görünməyə çalışırlar. Kimlərsə onların bu riyakarkığının mənasını anlayır və onları özlərinə yaxın buraxmırlar. Kimlərsə sadəlövhlük edərək ,onların bu oynuna aldanır və sonradan bunun əzabını şəkirlər.Elə Nəsibə xala kimi.
Nəsibə xala yaşlı qadındır. Köhnə şəhərdəki ata-baba evində yaşayır. Oğlu Rauf isə ondan ayrı yaşayır. O, hökümət evində qalır. Hərdən gəlib anasınn yanında iki-üç gün qalır ki, Nəsibə xala çox darıxmasın. Bir az ürəyi açılsın. Amma həmişə buna imkanı olmur. Onun öz qayğılarıda var. Öz qayğı və problemlərinə də vaxt ayırmağa məcburdur. Odur də bəzən iki-üç gün gedib anasına baş çəkə bilmir. Nəsibə xala bundan narazı qalır. Ürəyində oğlundan gileylənir. Amma bunu çox da bürüza verə bilmirdi. Rauf müasir fikirli adam idi. Anlayırdı ki, anasına kifayət qədər diqqət ayırır.Buna baxmayaraq köhnə fikirlərin əsirliyində qalan Nəsibə xala yenə də gileylənməkdə davam edir və narazılığını ara-sıra bildirirdi.
Təkliyə o qədər davamı yox idi Nəsibə xalanın. Uzun illər doğum evində qapıçı işləmiş, daim adam arasında olmuşdu.İndi isə təqaüdə çıxması səbəbindən evdə oturmağa məcbur olmuşdu. Evdə tək qalır,sıxıntı keçirirdi.
Belə məqamda qonşuluğda yaşayan Çiçək Nəsibə xalaya diqqət göstərməyə başladı. Bunu bilən Rauf xeyli sevindi. Anası oğluna bildirirdi ki, Çiçək allah yolunda ona qayğı göstərir. Heç bir təmənna güdmür.Rauf buna tam inanmır və hər şeyi zamanın ixtiyarına buraxmağa qərara vermişdi.
Çiçək tez-Nəsibə xalanı evlərinə dəvət edirdi. Bildirirdi ki, o da təkdir ,darıxır. Çəkinməsin , gəlsin onlara baş çəksin. Bir stəkan çay içsin,söhbət etsinlər. Qaynanası da təzə rəhmətə gedib.Odur ki, darıxır. Nəsibə xala hərdən gedirdi Çiçəkgilə. Hərdən də gedişinə ara verirdi. Deyirdi:- “yaxşı deyil, tez-tez qonşu evinə getmək.” Həm də nə isə özaündə bir narahatlıq hiss etməyə başlayırdı Çiçəkgilə tez-tez gedəndə. Çiçək də buna görə onu qınayırdı. O, özü ara-sıra Nəsibə xalaya baş çəkməyə gəlirdi. Bəzən o gələndə oğlu Rauf da evdə olurdu. Çiçəyin anasına hansı dərmanı, nə vaxt , nə qədər içmək lazım olmasını izah edib, öyrətməsini müşaidə edirdi. O, Çiçəyin sözlərində nə isə bir etinasızlıq, baxışlarında nə isə bir laqeydlik duyurdu.
Bir dəfə yolda Raufla rastlaşan Çiçək bildirdi ki, -“ o ,anasından narahat qalmasım. Rauf olmaynda o Nəsibə xalanya baxacaq.” Əslində Raufa bir qədər təəccüblü gəlirdi Çiçəyin belə deməsi. Elə bil inun böynuna nə isə bir minnət,təmənna qoymaq istəyirdi Çiçək. “Baxacam”- deməsi də bir qədər böyük çıxırdı. Həm də süni . Axı o Nəsibə xalanın yanına hərdənbir gəlməklə nə isə böyük ,ağır bir iş görmürdü. Sanki Çiçək ana və oğulu ələ almağa başlayır, öz xırda qulluq göstərməsini, böyük bir iş kimi qələmə verməyə çalışırdı.
Çiçək ananın yanına gələndə onun hansı dərmanlər aldığı, nə qədər dərmanlar pul verməsi ilə də maraqlanırdı. Hərdən zarafatla Nəsibə xalaya deyirdi ki, “öləndə səni mən yuyacam. Qulağındakı bu sırğaları da açıb götürəcəm”. Onun belə sözləri Raufda narahatlıq və Çiçəyə qarşı inamsızlığı bir qədər də artırırdı.O, Çiçəyin nəzərinə çatdırdı ki, anasınının ölməyinə hələ çox qalıb və o hələ ananın sırğalarını belə tezliklə açmağa tələsməsin.
Sanki o Nəsibə xalaya bir müştəri gözü ilə baxırdı. Ananın ölə bilməsini adi bir hadisə kimi, çox sakit qəbul edirdi.Belə hallarda Çiçək sanki ehtiyatını əldən verir və daxilindəki əsl hissləri özünü büruzə verirdi. Rauf gedərkən anasına, Çiçəklə bir qədər ehtiyatlı və diqqətli olmasını tapşırdı.
Rauf evə gələndə Nəsibə xala hərdən pulu qalmadığını bildirirdi.Deyirdi ki,-“ pulum qurtarmışdı, gedir qonşu Kamıldən 30 manat borc götürdüm ki, təqaüd alana qədər çörək pulu edim.” Rauf bundan təəccüblənirdi. Axı anası nə almışdı ki, pulları qurtarmıçdı? O ,şübhələnirdi ki, bəlkə anası pulunu kiməsə verib. Aldadıb pulunu əlindən alıblar. Axı Nəsibə xala çox xeyirxah , ürəyiyumşaq qadın idi. Çox vaxt da başqalarına canı yanırdı. O, hamının onun kimi olduğunu güman edirdi. Bəzənsə qonşular onun belə ürəyitəmizliyindən suiistifadə edirdilər.
Nəsibə xala and-aman etdi ki, heç kəsə pul verməyib. Çiçək isə bunu eşidəndə sakitcə deyirdi ki, --“ Yəqin anan pulunu harasa qoyub və qoyduğu yeri unudub. Pul harda olacaq ki? Pul harada olsa burada olacaq.”-Onun belə soyuqqanlılıqla danışması Raufun narahatlığını bir qədər də artırırdı.
Bu cür Nəsibə xalanın pulsuz qalması ardıcıl olaraq təkrarlanmağa başlamışdı. Oğlu pulun harada olmasını soruşanda anası deyirdi ki, pulunu xərcləyib.Amma nəyə xərcləyib soruşanda tutarlı bir cavab vermirdi. Rauf hiss edirdi ki, anası nəyi isə ona bildirmir.
Nəhayət bir gün Nəsibə xala dözə bilməyib hər şeyi olduğu kimi ona açıb dedi.Raufa məlum oldu ki, anasının son vaxtlarda tez-tez pulsuz qalıb qonşulardan borc pul istəməsinə səbəb, onun aldığı təqaüdün evdən oğurlanması olub. Nəsibə xala pulunun oğurlanmasında qonşusu İlhamdan şübhələnirdi. Aralarında uzun illər torpaq üstündə mübahisələri olmuşdu. Güman edirdi ki, İlham qapılarının açarının surətini düzəltdirərərk , adam olmayan vaxtlarda evə daxil olaraq pulları götürür.
Onun dedikləri Raufa inandırıcı görünmədi.İlham qaynaqçı idi.Daim işi olurdu. Evdən oğurluq etmək onun nəyinə gərək idi? Sonra Rauf evə gəlib-gedən adamları bir-bir xatırlamağa , gözünün önündən keçirməyə başladı. Çiçək yadına düşəndə , onun şübhəli danışığı, hərəkətləri və həmin vaxt özünü keçirdiyi narahatlıq hissi Raufu sanki ayıltdı.Evdən oğurluğu ancaq Çiçək edə bilərdi.
Rauf gedərkən , anasına tapşırdı ki, “--Çiçəkdən göz olsun.Onun hər bir hərəkətini izləsin. Ola bilsin ki, pulları o götürüb. “ Rauf bilirdi ki, xeyli müddət tutlmadığını görən Çiçək , pulları xərcləyib qurtardıqdan sonra , yenidən təqaüdlə verilən vaxtda bura gələcək.Güman ki, nədəsə kömək etmək istədiyi üçün gəldiyini bildirəcək.Əslindəsə gəlişinin səbəbi pulları aparmaq idi.
İki gündən sonra Rauf geri qayıtdı. Anası evdə yox idi. Harasa getmişdi.Qaz yanmırdı.Elə bildi ki , umumi olaraq qaz sönüb.Qonşulardan soruşdu.Onların qazı gəlirdi.Küçəyə çıxdı ki, qaz xəttının açıq olub-olmadığını yoxlasın. Kim isə evə gələn qaz xəttini bağlamış və ananı qazsız qoymuşdu.Bilirdilər ki, Nəsibə xala belə işlərdən baş aça bilmir.Odur ki , bu cür onu incitməyi qərara almışdılar.Rauf qaz təttimini açıb həyətə gəlmək istəyəndə , küçənin o başından qızı ilə gələn Çiçək onu səslədi.Dayanıb gözlədi.Tələsik yaxınlaşan Çiçək Nəsibə xaladan şikayətlənməyə başladı.
--Daha ananıza baxmayacağam.(Guya ki, anaya nə isə böyük bir yaxşılıq etmişdi.)Mən ona öz anam kimi baxırdım.O isə mənə deyir ki, pulumu sən oğurlamışam.Yaxşı deyil , camaat eşidər,birdən inanarlar .Onda mən nə edərəm?
Rauf -“ Yaxşı ,anam tapşıraram “ –deyib Çiçəkdən aralandı.
- Hər halda tapşırın. Deməsin ki, pulunu mən oğurlamışam. Siz desəz eşidər.-Çiçək onun ardınca söyləndi.
Rauf evə qayıtdı. Qaz gəlirdi. Yemək hazırladı. Bir azdan Nəsibə xala da gəldi. O, gec qayıtdığını görüb oğlunun dalınca yollanmışdı. O həm də Çiçəyin oğurluq etdiyi zaman necə tutduğunu Raufa xəbər vermək istəyirdi.
Rauf Nəsibə xala üçün yemək qoydu. Onun üzündə bir neçə aydan bəri görmədiyi bir sakitlik və rahatlıq gördü. O, gələrkən qapılarının ağzında Çiçəyin Raufu saxlayıb ona nə isə dediyini uzaqdan görmüşdü. Odur ki, sakit-sakit Raufa baxıb, soruşdu:
-- Çiçək sənə nə deyilirdi?
_Çiçək bildirdi ki, sən pulunun onun oğurladığını deyirsən. Yaxşı deyil. Sənə tapşırım ki, belə deməyəsən. O pul oğurlamayıb. Yəqin sən özün pulunu evdə harasa qoymusan, yadından çıxıb. Odur ki, səhvən Çiçəyi ittiham edirsən.
Nəsibə xala fikrə getdi. Sonra asta-asta dedi:
--Oğru tapıldı, bala. Oğru Çiçək özüdür. Bu qədər vaxtda pullarımı oğurlayanda o imiş. Özünü canıyanan, qayğıkeş göstərməklə şübhəni özündən uzaqlaşdırırmış.
Hadisə belə olmuşdu. Rauf gedəndən sonra Çiçək Nəsibə xalanın təqaüd aldığını bilərək onun yanına gəlib. Nə kömək lazım olması ilə maraqlanıb. Əslindəsə məqsədi heç də anamın qayğısına qalmaq deyil, əksinə Raufun zənn etdiyi kimi, ona ziyan vuraraq pullarını oğurlayıb aradan çıxmaq idi.
O, Nəsibə xalanın ayağına yod çəkib. Deyib ki, uzansın, dincəlsin. Özü isə içəri otağa keçib. Guya evi təmizləmək istəyirmiş. Bir az sonra çıxıb və tələsik getmək istəyib. Nəsibə xala Çiçəyin qəfil getmək istəməsindən lap şübhələnib. Oğlunun sözləri də yadına düşüb. Oğlu gedəndə tapşırmışdı ki, Çiçəyə göz qoy.
Nəsibə xala da Çiçək çıxan kimi tez içəri evə keçir. Pulu gizlətdiyi yeri yoxlayır. Pul yerində olmayıb. Bu onun bir aylıq təqaüdü idi. Çörək pulu idi. Onu da Çiçək hər dəfə gəlib xəlvəti oğurlayıb və aparıb xərcləyirdi. Ana isə pulsuz qalıb, qonşulardan borc pul istəyirdi. Kim isə borc pul verirdi, kim isə vermirdi.
Bu dəfə də Çiçək belə etmişdi. Onun pulunu götürmüşdü. Üzdə özünü canıyanan , qayğıkeş qələmə versə də ,əslində onu Nəsibə xalanın pulundan başqa heç nə maraqlandırmırdı. Pulunu aparıb özünə xərcləyib, sadəlövh Nəsibə xalanı pulsuz qoymaq istəyirdi..Nəsibə xala utandığından pulun oğurlanmasını oğluna da bildirmirdi. Özünün belə aldanılmasından xəcalət çəkirdi. Həm də oğlu bilərsə, qonşuluqda aralarında münaqişə , düşmənçilk yaranacağından ehtiyat edirdi..Çünki oğlu hər dəfə tapşırırdı ki, Çiçək etibarlı adama oxşamır.O isə oğlunun sözünə məhəl qoymurdu. İndisə yanıldığını nəhayət ki, anlamışdı.
Pulun yerində olmadığını görən anam tələsik, qışqıra-qışqıra Çiçəyin dalınca qaçır. Qapının ağzında onu yaxalayır. Qışqıra-qışqıra pulları verməsini tələb edir. Çiçək pulların onda olmamasını desə də, Nəsibə xala əl çəkmir. Onun yaxasını-başını axtarır. Nəhayət Çiçəyi yerə yıxan Nəsibə xala 300 manat pulunu onun sinəsindən çıxarır. Onu həyətdən çıxararaq, bir də bu evə gəlməməsini tapşırır.
İndi Nəsibə xala daha rahat idi. Çünki kömək etmək adı ilə onun evinə daxil olan, onun əzab-əziyyətimizə səbəb olan birini qovmaqla, irəlidəki həyatını çox ağrılardan xilas edə bilmişdi.
Hər adamın özünü xeyirxah, qayğıkeş göstərməsinə inanmaq lazım deyil.Hər özünü belə göstərən adam, heç də həqiqi xeyirxah adam olmur. Əksinə, bəzən belə qiyafə arxasında bizə ziyan vurmağa çalışan, hiyləgər və saxtakar adamlar gizlənirlər.