Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözüylə...

Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözüylə...
9 noyabr 2022
# 12:50

"Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb

Kulis.az xəbər verir ki, gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqənin qalibi olan Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən təqdim olunmuş “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsinin icrasına başlanılıb.

“Böyük Azərbaycan şairi Nizami Gəncəvi irsi, Nizamişünaslıq daha çox Sovet dövründə akademik səviyyədə tədqiqata cəlb edilib. Müstəqillik dövründə də geniş tədqiqat obyekti olan əsərləri daha çox orta və daha yuxarı yaş qrupuna daxil tədqiqatçıların akademik yanaşmalarının, elmi incələmələrinin istinad nöqtəsi kimi xarakterizə olunub. Bu da, təbii olaraq, daha geniş auditoriyalaraın, günümüzdə geniş oxucu kəsiminin, əsas etibarı ilə gənclər kəsiminin tam da diqqəti mərkəzində sayıla bilmir. Nizami Gəncəvi yaradıcılığı akademik-elmi yanaşmaların şəkilləndiyi, boy atdığı istiqamət üzrə və yaradıcılıq örnəklərinin yenidən mütaliəsi və müasir texnoloji yanaşmaların tələblərinə uyğun şəkildə səsləndirilməsi, tirajlanması baxımından həm ölkəmizdə, həm də Türk dünyasının digər ölkə və topluluqlarında gənclərin diqqətini çəkməlidir. Danılmaz faktdır ki, bütün dövrlərdə həqiqi Nizamişünaslar, Nizami Gəncəvi yaradıcılığının araşdırmaçıları, bu misilsiz dünya ədəbiyyatı şedevrinin aşiqləri olub, bütün bu sadlananlar əsas verir ki, Nizami irsinə yenidən, daha dərindən, daha üfüqügeniş şəkildə yanaşılsın”, - təşkilatdan bildirilib.

Qeyd edək ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan araşdırmaçı yazarların məqalələrindən ibarət kitabın çap olunması, layihə ilə bağlı sosial çarxın çəkilişi nəzərdə tutulur. Layihənin yekununda çap olunmuş kitabın geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

# 2098 dəfə oxunub

Oxşar xəbərlər

"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür

10:15 26 avqust 2026
Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər