“Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq

“Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
19 may 2025
# 11:50

Bu gün saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Belarusun “Nesvij” Milli Tarixi-Mədəni Qoruq Muzeyinin “Nesvij – dünya mədəni irsi” adlı sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgi Azərbaycan Milli İncəsənət Muzeyi və “Nesvij” qoruq muzeyinin birgə təşkilatçılığı, Azərbaycan və Belarus mədəniyyət nazirliklərinin dəstəyi ilə keçiriləcək.

Sərgidə XVI–XVIII əsrlərə aid hazırda muzeyin yerləşdiyi Nesvij qalasının interyer və eksteryerlərini əks etdirən 23 planşet təqdim olunacaq. Həmçinin sərgi çərçivəsində qalanın sərgi zallarının fotoları nümayiş etdiriləcək və videoçarx təqdim olunacaq.

Ziyarətçilər üçün “Saray ziyafətlərinin ənənələri” adlı interaktiv ünsiyyətə əsaslanan ekskursiya təşkil olunacaq. Proqrama saray tədbirlərinin ayrılmaz hissəsi olan rəqs sənəti, saray mətbəxinin ekzotikası, knyaz ovlarının təşkili xüsusiyyətləri, eləcə də intellektual əyləncə və oyunlar haqqında bölmələr daxildir.

Qeyd edək ki, sərgi iyunun 15-dək davam edəcək.

# 1677 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər