Namiq Ağayev: “Türkiyədə ayağımdan vurmaq istəyirdilər”

Namiq Ağayev:  “Türkiyədə ayağımdan vurmaq istəyirdilər”
5 sentyabr 2023
# 09:00

"İrəvanfilm", "1 Səhnə" prodüser mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə istehsalı ilə "Kristal" adlı film çəkilir.

Rejissor Namiq Ağayev filmin narkomiya əleyhinə olduğunu bildirib.

Kulis.az Ülvi Bahadırla rejissorun yaradıcılığı və yeni filmi haqqında söhbətini təqdim edir.

Filmin mövzusu nədir?

— Filmi çəkməkdə məqsədimiz narkomaniya ilə mübarizədir. Biz bu bəşəri problemi banal, məişət səviyyəsində yox, sosioloji, psixoloji tərəfləri ilə göstərəcəyik

Film narkomaniyadan bəhs edir. Son vaxtlar gənclər kriminal həyata, həbsxanaya, ara mahnılarına meyillidirlər. Özünüz belə hallarla qarşılaşmısınızmı? Bu mövzu ilə bağlı başınıza gələn bir hadisəni bizimlə bölüşə bilərsinizmi?

— Gənclər, ümumiyyətlə, macəraya meyillidir. Məsələn, Fransadakı küçə hərəkatlarında gənclər fəal idilər. Maşın aşırırdılar, bir-birlərinə fişəng atırdılar. Romantik xəyallara qapılmışdılar. Sosial problemləri yox idi ki, çıxıb nəyinsə uğrunda mübarizə aparsınlar. Əslində bu gəncliyin enerji boşaltması idi. Çünki gənclər həmişə enerji çoxluğundan əziyyət çəkirlər. Yaradıcı qabiliyyəti olanlar bunu yaradıcılığa, olmayanlar da cinayətə yönəldir. Gənclər mütləq nə iləsə məşğul olmalıdır. Olmayanda narkomaniyaya, avara həyata meyillənirlər. Mən də qarşılaşmışam belə hallarla. Məsələn, Türkiyədə qarşıma üç gənc çıxdı. Hiss elədim ki, özlərində deyillər. Mənə hücum çəkdilər ki, sən bizimlə əl-qolla danışırsan. Parkda idik. İstədilər ki, ayağımdan vursunlar. Biz də həmişə hərbi ruhda olan adamlarıq. Necə lazımdır yerlərində oturtdum. Dedim ki, anam məni dünya gətirməyib ki, siz indi burada mənim ayağımda deşik açasınız.

“Axınla aşağı” filmi çox böyük uğur qazandı, ancaq sanki davamı gəlmədi. “Ol” filmi istənilən effekti verdimi?

— “Axınla aşağı” filminin çox böyük festival uğurları oldu.”Ol” filmi isə hələ festivallara getməyib. Texniki səbəblərə görə gecikdik. Ona görə də hələ ki, bu filmin bəhrəsini görməmişik.

“Ol” filmiinin nümayişində CinemaPlusla problemlər yaşadınız. Kinoteatrlarla problemləri necə aradan qaldırmaq olar?

— Təəssüf ki, kinoteatrlar özləri film istehsalatı ilə məşğul idilər. İndi bilmirəm, ancaq o vaxt belə idi. Rejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyev mənə başa salmışdı ki, 60-cı illərdə ABŞ-də kinoteatrı olan şirkətlərə film istehsal etmək qadağan idi. Çünki ikili rəqabət, monopoliya yaranır, Özü istehsal eləyəcəksə, öz məhsulunu qabağa çəkəcək. Qalanları da istər-istəməz zəif reklam olunacaq. Mən demirəm ki, “Ol” gəlir gətirəcək film idi, amma kinoteatrlar təkcə gəlirə fokuslanmamalıdırlar.

Kinoittifaqların birləşməsini necə dəyərləndirirsiniz?

— Əla. Belə də olmalıdır. Bir ölkədə iki ittifaq olmaz, bir ittifaq olar.

Yaxşı festival filmlərimiz olsa da, kommersiya filmlərində axsayırıq. Sizcə, bunu necə aradan qaldıra bilərik? Təkcə pul kifayətdirmi?

— Mən, ümumiyyətlə, kommersiya filmi və festival filmi anlayışlarına qarşıyam. Kino kütləvi olar. Kinonun müəyyən təbəqə üçün olması mənə görə eqoistlikdir. Heç yaxşı səslənmir. Kino, sənət hamı üçün olmalıdır. Əksinə, festivallara kommersiya filmləri də dəvət olunur. Çünki onlar gəlir gətirir. Festival hər şeydən əvvəl bazardır. Kino bazarıdır. İstanbulda mən bu məsələləri soruşanda demişdilər ki, ustadlıq odur ki, film həm gəlir gətirsin, həm də festivallarda uğur qazansın. Kommersiya filmlərinin az olmasının səbəbi təbii ki, təkcə pul deyil. Bu, sifarişlərin düzgün rejissor və aktyorlara verilməyindən asılıdır. Təbii ki, ssenari məsələsi də əsasdır. Bizdə bu məsələlər qarmaqarışıqdır.

Teatrlarımızda yeni tamaşalara çox az yer verilir. Eyni tamaşalar tamaşaçıların teatrlardan uzaqlaşmasına səbəb olur. Ancaq bu barədə teatr camiəsində sanki bir susqunluq var. Bu barədə nələr deyə bilərsiniz?

— Tam elə deyil. Repertuarlar bütün teatrlarda yenilənir. Teatr canlı orqanizmdir. Digər sahələrdən qat-qat çətin sahədir. Ona görə də teatrın ruhunu qorumaq çox çətindir. Azərbaycan azsaylı ölkədir. Qahumbazlıq da çox güclüdür. Yeni tamaşaların qoyulmamasının səbəbi onların doğru adamlara çatdırılmamasıdır. Keyfiyyətsiz işlərin ən böyük səbəbi budur. Yadımdadır, 1993-cü il idi. Peterburqda çox ciddi teatr festivalına dəvət almışdıq. Qarışıq dövr idi. Dekorasiyamızı götürmürdülər, çünki təyyarəyə gilas və albalı doldurulmuşdu, yer yox idi. Bir yerə üç bilet satılmışdı. İnsanlar ayaq üstə dayanmışdı. Dekorasiyalarımız yerdə – təyyarənin yanında qalmışdı. Təyyarə qalxanda qarşısına keçib əllərimi sağa-sola açdım. Əsl filmlərdəki kimi idi. Kollektiv də məni dəstəklədi. Hamımız əl-ələ verib təyyarənin qabağını kəsdik. Dekorasiyalarımızı yüklədib uçduq. Təyyarə elə bil sapdan sallanmışdı. Birtəhər gəlib çıxdıq. Hətta orada birinci də olduq.

# 4590 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
#
#
# # #