“Mystery Ensemble” “ulduzlararası” konsert proqramı təqdim etdi

“Mystery Ensemble” “ulduzlararası” konsert proqramı təqdim etdi
19 fevral 2024
# 18:00

Kamera və Orqan Musiqisi Zalında “RED EVENTS & Distribution ltd” musiqi layihəsinin - “Mystery Ensemble”in növbəti konserti olub.

Kulis.az xəbər verir ki, Azərbaycan paytaxtının ən gözəl konsert məkanlarından biri musiqinin gücü ilə rejissor Kristofer Holanın “İnterstellar” elmi-fantastik filmi üçün bəstəkar Hans Zimmerin yaratdığı ucsuz-bucaqsız kosmik sahəyə çevrilmişdi.

Əminliklə demək olar ki, bu sehr “Mystery Ensemble”in aktual musiqi ifa edən kollektiv kimi bir daha öz unikallığını təsdiqləməsi ilə şərtlənirdi. Burada təkcə müxtəlif kateqoriyalarda mükafatlara və nominasiyalara layiq görülmüş kinonun mürəkkəb ssenari peripetiyalarının musiqi vizuallaşdırılması vəhdət təşkil etmirdi.

“Mystery Ensemble”in “İnterstellar”ı simli alətlərin canlı akustik səslənməsi, unikal bəstə, virtuoz klavişlilər, effektli perkussiylar vasitəsilə beş ölçüyə - sevgi, ölüm, həyat, qəhrəmanlıq və ümidə toxunaraq, insan şəxsiyyətinin əsas mövzularından söhbət açırdı.

Bu dəfə “Mystery Ensemble”in konsert proqramında bu filmin saundtrekində əsas alət olan orqan ilk dəfə olaraq səsləndirilirdi. Bu cür musiqi aləti seçimini bəstəkar onunla izah edib ki, hətta orqanın görünüşünün özü kosmik gəmilərin forsaj kameralarını xatırladır. Musiqi tarixində orqan həmişə xüsusi yer tutub. Bu alət insanları öz miqyaslı səslənməsi ilə həmişə heyran edib.

Tanınmış alman bəstəkarlarından biri, əsərləri döyüş filmlərində və trillerlərdə uğurla istifadə olunan Hans Zimmerin musiqisi yalnız ilk baxışda sadə səslənir. Hans Zimmerin partiturası kainatımızın bütün sirrini və hüdudsuzluğunu vurğulayır, onun yaradıcılığında ən güclü və qüdrətli əsərlərdən biridir.

# 1722 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər