“Muğam” müsabiqəsinin finalı Şuşada keçiriləcək

“Muğam” müsabiqəsinin finalı Şuşada keçiriləcək
3 avqust 2022
# 17:40

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin Kulis.az-a verdiyi məlumata görə, final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.

Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

Müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, 5-6 avqust tarixlərində saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlamış, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə etmişdi. Yarışmanın final mərhələsi isə mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və Mədəniyyət TV vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.

# 2097 dəfə oxunub

Oxşar xəbərlər

Vudi Allen və  Emir Kusturitsa  Moskva Beynəlxalq Kino Həftəsində

Vudi Allen və Emir Kusturitsa Moskva Beynəlxalq Kino Həftəsində

14:10 19 avqust 2025
İtaliyada ilk monumental teatrın  memarı

İtaliyada ilk monumental teatrın memarı

13:50 19 avqust 2025
"Muhteşem Yüzyıl: Kösem"in aktyoru  komaya düşdü

"Muhteşem Yüzyıl: Kösem"in aktyoru komaya düşdü

13:47 19 avqust 2025
Rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş  rəssam  - Günün tablosu

Rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam - Günün tablosu

13:30 19 avqust 2025
Helen Mirrendən açıqlama:  “Ceyms Bond kişi qalmalıdır”

Helen Mirrendən açıqlama: “Ceyms Bond kişi qalmalıdır”

13:10 19 avqust 2025
Viktor Pelevinin yeni romanı payızda nəşr olunacaq

Viktor Pelevinin yeni romanı payızda nəşr olunacaq

12:35 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər