Müəllimləri 200 manat cərimələmək bizə nə verəcək?

Müəllimləri 200 manat cərimələmək bizə nə verəcək?
21 aprel 2026
# 14:30

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə öz əksini tapıb ki, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Kulis.az "Replika" rubrikasında Günel Novruzun bununla bağlı fikirlərini təqdim edir.

Deyəsən, bizdə uşaq döyməyin "tarifləri" rəsmən müəyyənləşdi: 200 manat! Milli Məclisin qəbul etdiyi yeni qərara görə, uşağa qarşı fiziki və ya psixoloji zorakılıq edən valideyn və müəllimlər bu məbləği ödəməlidirlər.

Adamın beynində suallar yaranır: Görəsən, bu cəriməni ödəyən valideyn yaxud müəllim evə qayıdanda uşağa "Sənə görə 200 manatım getdi" deyib bir dəfə də döyməyəcək?

Yoxsa psixoloji zorakılığı sübut etmək üçün evlərə və məktəblərə xüsusi cihazlar quraşdırılacaq? Fiziki zorakılıq heç, bəs ev şəraitində və təhsil müəssisələrində baş verən psixoloji zorakılıq hallarının aşkar edilməsi üçün bu anlayışın qeyri-müəyyən sərhədləri necə müəyyənləşdiriləcək?

Xub, bu qanun layihəsi kağız üzərində çox modern, çox "avropasayağı" görünür, amma gəlin etiraf edək: İllərdir "əti sənin, sümüyü mənim" fəlsəfəsi ilə böyüyən bir cəmiyyətdə, divarın o tərəfində (istər valideyn və müəllim aspektindən, istərsə də uşaqlar) baş verənləri kim və necə izləyəcək?

Məsələyə təkcə uşaqlar tərəfdən yox, qarşı tərəfin nöqteyi-nəzərindən də baxmağı bacarmalıyıq. Bundan sonra müəllimlər sinifdə ərköyün uşaqların az qala hamının "başına çıxmasına" sadəcə tamaşa etməli olacaqlar?

Çünki "psixoloji zorakılıq" anlayışı o qədər dumanlıdır ki, dərsdə partanın üstündə rəqs edən şagirdə bir az bərkdən "Sakit ol!" deməyin sabah müəllimə 200 manatlıq cərimə qəbzi kimi qayıtmayacağına kim zəmanət verir?

Uşaqların hüquqlarını qoruyaq deyərkən, müəllimləri sinifdə "psixoloji qurban" halına gətiririk.

Şagird müəllimin başına çıxanda bu "şıltaqlıq", müəllim intizam tələb edəndə isə "psixoloji zorakılıq" sayılacaqsa, vay o təhsilin halına!

Əsl problem cərimənin məbləği deyil, yanaşmanın özüdür. Biz zorakılığı "tərbiyə vergisi" ilə tənzimləməyə çalışırıq, amma unuduruq ki, travmaların qəbzi olmur.

Bu sistem uşaqları qorumaqdan çox, büdcəyə "əsəbi valideyn" rüsumu toplamağa bənzəyir.

Əgər real dəyişiklik istəyiriksə, valideynlərə və müəllimlərə cərimə qəbzi yox, uşaqla necə davranmaq lazım olduğunu öyrədən məcburi kurslar lazımdır. Elə bəzi uşaqların özünə də həmçinin...

Yoxsa 200 manatını verib yenə öz bildiyi kimi "tərbiyə verməyə" davam edən əsəbi böyüklərin və "qarşmdakını hövsələdən çıxarsam da cəriməyə görə dinməyəcək" fikri ilə tərbiyə sərhədlərini aşan uşaqların sayı azalmayacaq...

# 3479 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər